Delfindəki mükəmməl dizayn

Allah var Təbiətdəki canlıların hamısı qüsursuz bir planın, nizam və dizaynın məhsuludur. Bu dizayn hər şeyi örnəksiz yaradan, hər gözəlliyin mənbəyi, bütün varlıqların sahibi olan Allah'ın üstün və bənzərsiz sənətidir. Allah'ın qüsursuz yaratmasının dəlillərindən biri də alimləri heyrətə salan delfinlərdir.

Delfinlər hər dəfə nəfəs aldıqda ciyərlərinin 80-90%-ini hava ilə doldururlar. Halbuki, bir çox insan üçün bu nisbət ancaq 15%-dir. Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quru məməlilərində olduğu kimi refleks deyil, iradəli hərəkətdir. Yəni biz necə yeriməyə qərar verirsək, delfinlər də nəfəs almağa qərar verir. Bu heyvanın suda yatarkən boğularaq ölməməsi üçün alınmış tədbirdir. Delfin yuxusu əsnasında beyninin sağ və sol yarımkürələrini təxminən on beş dəqiqə fasilə ilə növbəli istifadə edir. Bir yarım kürə yatarkən, digər yarım kürə heyvanın su səthinə çıxaraq nəfəs almasını təmin edir.

Allah var Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa dizayndır. Heyvan bu quruluş sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətli üzə bilir. Müasir gəmilərin burunlarında da delfinin ağzına bənzər bir çıxıntı var. Bu hidrodinamik dizayn gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır. (www.hayvanlaralemi.net)

Birliyə əsaslanan ictimai həyat

Delfinlər çox böyük qruplar halında yaşayırlar. Etibarlı qoruma üçün dişilər və balalar belə bir qrupun ortasında hərəkət edir. Qrupun xəstə üzvü tək buraxılmır, ölənə qədər qrupun içində yaşayır. Bu güclü həmrəylik bağı yeni bir bala qrupa qatıldığı ilk gündən etibarən başlayır. Delfin balaları əvvəl quyruqları çölə çıxacaq şəkildə doğulurlar. Bunun sayəsində doğum tamamlanana qədər balanın havasızlıqdan ölməsi əngəllənir. Ən son delfinin başı doğum kanalından çıxar-çıxmaz, ilk nəfəsini alması üçün sürətlə su səthinə çıxarılır. Ümumiyyətlə, kömək məqsədiylə ana delfinə başqa dişi delfin də yoldaşlıq edir. Dişi delfin doğumdan sonra balasını əmizdirir. Süd əmmək üçün dodağı olmayan bala kiçik ağız zərbələri ilə anasının qarnındakı yarığa toxunaraq oradan fışqıran südlə qidalanır. Bala hər gün onlarla litr süd içir.

Allah var Bu südün 50%-i yağdan ibarətdir. (inəklərdə isə südün 15%-i yağdır). Bunun sayəsində, balanın bədən temperaturunu tarazlaşdırması üçün lazım olan yağ təbəqəsi sürətlə meydana gəlir. Sürətli dalmalar əsnasında digər dişilər balanı aşağı doğru itələyərək kömək edirlər.

Həmçinin balaya ovlamağı və exolokasiya qabiliyyətindən istifadə etməni də öyrədirlər. Bu illərlə davam edən bir təhsil mərhələsidir. Bəziləri illərlə sevdikləri ailə üzvünün ardından ayrılmırlar. 30 il boyu bu belə davam edə bilir.

Allah hər canlı kimi delfini də içində olduğu şərtlərə ən uyğun bədən quruluşu ilə birlikdə yaratmışdır. (HARUN YƏHYA, Təbiətdəki Dizayn)

Burulğanın qarşısını alan sistem

Bəzi balıqlar insanlarla müqayisə edilə bilməyəcək qədər dərin sulara dala bilirlər. Bu mövzudakı rekord balinakimilərdən əmbər balığına aiddir. Əmbər balığı bir dəfə nəfəs almaqla 3000 metr dərinə dala bilir. İstər delfinlər, istərsə də balinalar bu tip dalmalara uyğun dizaynda yaradılıblar. Palitra şəklindəki quyruqlar suya dalmağı və səthə çıxmağı olduqca asanlaşdırır.

Dalma üçün yaradılmış başqa bir dizayn da heyvanın ciyərlərində gizlidir: Heyvan dərinə daldıqca üzərindəki suyun ağırlığı, yəni təzyiqi artır. Bu təzyiqi tarazlaşdırmaq üçün ciyərlərinin içindəki hava təzyiqini də getdikcə artırır. Ancaq bu hava təzyiqi getdikcə daha da yüksəlir. Eyni təzyiq insan ciyərinə tətbiq olunsa, ciyər cırılıb parçalanar. Məhz bu təhlükəyə qarşı delfinin bədənində xüsusi qoruma yaradılmışdır: Delfinlərin ağciyərlərindəki bronxlar və hava kisəcikləri təzyiqə qarşı çox davamlı olan qığırdaq halqaları ilə qorunmuşdur.

Allah var Delfinlərin bədənlərindəki başqa yaradılış nümunəsi isə burulğan təhlükəsinə qarşı alınan tədbirdir. Dalğıclar su səthinə sürətli çıxışlarda təzyiq fərqindən qaynaqlanan bu təhlükəylə qarşılaşırlar. Burulğanın səbəbi ağciyərlərə çəkilmiş olan havanın ani şəkildə qana qarışaraq damarların içində hava qabarcıqları meydana gətirməsidir. Bu şarcıqlar qan dövranındakı nizamı pozaraq ölüm təhlükəsi yaradır. Balinalar və delfinlər isə insanlar kimi ağciyərləri ilə tənəffüs etmələrinə baxmayaraq, belə bir problemlə əsla qarşılaşmırlar. Bunun səbəbi dərinlərə dalarkən insanlar kimi dolu ciyərlə deyil, boş ciyərlə hərəkət etmələridir. Ciyərləri hava ilə dolu olmadığı üçün bu havanın təzyiq dəyişikliyi səbəbindən qana qarışması və "burulğan" təhlükəsi ilə qarşı-qarşıya qalmırlar.

Amma əsl sual burada ortaya çıxır: Əgər ciyərlərini hava ilə doldurmurlarsa, oksigensiz qalıb boğulmaqdan necə xilas olurlar?

Bu sualın cavabı bu canlıların əzələlərindəki yüksək nisbətdəki "mioqlobin" zülalıdır. Bu mioqlobin zülalı çox yüksək miqdarda oksigen molekulunu öz üzərinə çəkir və mühafizə edir. Yəni canlı üçün lazım olan oksigen ciyərdəki havada deyil, birbaşa əzələlərin içində gizlənir. Delfinlər və balinalar bunun sayəsində uzun müddət nəfəs almadan üzür və istədikləri qədər də dərinə dala bilirlər. İnsanlarda da mioqlobin zülalı var, amma daha az nisbətdə olduğu üçün eyni üzmə sərbəstliyini təmin etmir. Delfin və balinalara aid olan bu biokimyəvi nizamlama, əlbəttə ki, şüurlu dizaynın açıq dəlillərindəndir. Allah hər canlı kimi dəniz məməlilərini də içində olduqları şərtlərə ən uyğun bədən quruluşu ilə birgə yaratmışdır.