İnsanın Yaradılışı
İnsan həyatı boyu sahib olduğu bədənlə görür, eşidir, nəfəs alır, yeriyir, qaçır və zövq alır. İnsan bədənini meydana gətirən sümüklər, əzələlər, damarlar, daxili orqanlar mükəmməl bir nizama malikdir. Bu nizam araşdırıldıqda, daha da heyrətləndirici həqiqətlərlə qarşılaşılır. Bir-birindən fərqli kimi görünən bu bədən hissələrinin hamısı, eyni vəsaitdən meydana gəlir. Bu vəsait hüceyrədir.
Hüceyrə bir orqanın, məsələn, sümüyün ən kiçik hissəsidir. Hüceyrə o qədər kiçikdir ki, bir milyon hüceyrə bir yerə gəldikdə, ancaq bir iynə ucu qədər yer tutar.
İnsan bədənini meydana gətirən 60-70 kiloluq ət və sümük kütləsinin özü, insanın doğumundan 9 ay 10 gün bundan əvvəl tək hüceyrədə toplanmışdır. Bu hüceyrə anadan gələn yumurta hüceyrəsi ilə atadan gələn sperma hüceyrəsinin, ana bədənində birləşməsi ilə meydana gəlir.
Hədəfə Kilitlənmiş Qüsursuz Bir Ordu
Sperma və yumurta hüceyrənin ana bədənində birləşməsi, yəni anadakı yumurta hüceyrənin döllənməsi üçün hər dəfə təxminən 300 milyonluq bir sperma ordusu, atanın bədənində hazırlanır. Bu ədədin bu qədər yüksək olmasının səbəbi yumurtanın döllənməsinə mane olacaq hər hansı bir vəziyyəti ortadan qaldırmaq üçündür.
Döllənmə prosesində kişi bədənindən atılan spermalarla yanaşı, müxtəlif vəzlərdən ifraz olunan mayelərdən meydana gələn qarışıq da iştirak edir. Məni adlanan bu sekresiyalar və sperma qarışığında yalnız spermaların dölləmə qabiliyyəti var. Quranda spermadan qarışıq bir su olaraq belə bəhs olunur:
İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. (İnsan surəsi, 2)
Spermanın quruluşunda döllənməni asanlaşdıran xüsusiyyətlər var. Sperma baş, gövdə, quyruq hissələrindən ibarətdir. Metrin milyonda biri qədər olan baş hissəsinə, hüceyrəni insana çevirən, atadan gələn bütün məlumat sığdırılmışdır. Spermanın başqa bir əhəmiyyətli hissəsi də quyruqdur. Quyruq, davamlı qamçıvari bir hərəkət edərək yumurta hüceyrəyə çatmağa çalışır.
Baş ya da quyruq hissəsi əskik olan bir spermanın döllənmə prosesini yerinə yetirməsi mümkün deyil. Məsələn, quyruq hissəsi olmayan bir sperma hərəkət edə və yumurta hüceyrəyə çata bilməz. Başqa sözlə, təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, bu hissələr mərhələ-mərhələ qazanılsaydı insan nəsli çoxalmadan yer üzündən silinərdi. Bu vəziyyət spermanın bir anda əskiksiz və mükəmməl quruluşu ilə ortaya çıxdığını, yəni yaradıldığını göstərir. Spermadakı bu qüsursuzluq hər şeyin yaradıcısı olan Allah'a aiddir.
Yeni Bir İnsanın Yaranmasında Rol Oynayan Yumurta Hüceyrə
Döllənmənin asanlıqla reallaşa bilməsi üçün qadın bədənində də bir çox sistem hazırlanmışdır. Yumurta hüceyrə, yumurtalıq adlanan və hər təfərrüatı ilə bu iş üçün yaradılan bir orqanda meydana gəlir. Yumurtalıqlar, uşaqlığın sağ və sol tərəfində yerləşir və uşaqlığa incə borularla bağlıdır.
Yumurtalıqda yaranan yumurta hüceyrə, daha sonra bu boruların xüsusi yaradılışı sayəsində sperma ilə görüşür. Bu boruların içindəki kiçik tükcüklər irəli-geri hərəkət edərək yumurta hüceyrəni spermaya doğru apararkən, spermanı da yumurtaya doğru aparırlar. Döllənmə bu uşaqlıq borusunun içində reallaşır.
Yumurtanın xarici hissəsi yağ, şəkər və zülaldan ibarət olan bir pərdə ilə əhatəlidir. Bu pərdə, yumurta hüceyrəyə spermaya doğru edəcəyi hərəkət üçün lazım olan enerjini təmin edir. Bəs kiçik hüceyrə, hələ yumurtalıqda yaradıldığı anda, belə bir səfərə çıxacağını və bu səfər əsnasında özünə enerji lazım olacağını haradan bilir?
Körpənin Böyüməsi Üçün Yaradılmış Ən Etibarlı yer: ANA BƏTNİ
Uşaqlıq əzələlərdən ibarət möhkəm divarlı, içi boş bir orqandır. Hamiləlik dövründə uşaqlığın həcmi 20-25 dəfə artır. Beləcə, qadının döllənmiş yumurta hüceyrəsinin, içində böyüyüb inkişaf edəcəyi ən uyğun yerə çevrilir.
Döllənmiş yumurta hüceyrə, yumurtalıqdan uşaqlığa qədər olan boruda bir tərəfdən bölünərək çoxalarkən, digər tərəfdən də irəliləməyə davam edir. Hüceyrə qrupu, bu yolun hər hansı bir yerində yerləşmir. İnkişafı üçün ən etibarlı yeri, uşaqlığı seçir və bura yapışır. Allah Quranda bu həqiqəti belə bildirir:
Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu. Sənin Rəbbin ən böyük kərəm sahibidir. (Ələq surəsi, 1-3)
Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu. Sənin Rəbbin ən böyük kərəm sahibidir. (Ələq surəsi, 1-3)
Döllənmiş yumurta hüceyrə də tam olaraq ayədə bildirildiyi kimi, uşaqlığın divarına asılıb yapışır. Bundan 1400 il əvvəl endirilmiş Quranda, ana bətnində inkişaf edən hüceyrənin bu xüsusiyyəti ilə təsvir edən bir sözdən istifadə edilməsi, Quranın möcüzələrindən biridir. O dövrün elmi səviyyəsi ilə kəşf edilməsi mümkün olmayan bu məlumatın əsrlər əvvəl Quranda bildirilmiş olması, Quranın Aləmlərin Rəbbi olan Allah tərəfindən endirildiyini bir daha təsdiq edir.
Yalnız bir hüceyrə qrupu olan bu kiçik ət parçası (ələq), necə olur ki, inkişafı üçün ən uyğun yeri seçir? Bu şüurlu davranış, insan bədənində reallaşan əməliyyatların üstün bir ağlın nəzarətində reallaşdığını göstərir:
Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir. (Ali İmran surəsi, 6)
Hüceyrələr Fərqli Qruplara Ayrılır!
Uşaqlığa yapışan və bir-biri ilə eyni olan hüceyrələr müəyyən bir müddət sonra bölünərək çoxalır. Hər keçən gün bəzi hüceyrələr digərlərindən fərqli bir quruluşa bürünməyə başlayır. Bütün hüceyrələr sanki vəzifə yerinə yetirən işçi kimi, hissə-hissə hərəkət edirlər. Bu sıx fəaliyyət nəticəsində bəzi hüceyrələr sümük, bəzisi dəri, bəzisi də əzələ hüceyrəsi olacaqlar.
Bu hazırlığın necə ediləcəyi, hansı hüceyrənin hansı toxumanı, hansı orqanı meydana gətirəcəyi, hər hüceyrə qrupuna ayrı-ayrı ilham edilmişdir. Başda bir-biri ilə eyni olan hüceyrələrin çoxalması ilə bədəndə təxminən 200 növ hüceyrə meydana gəlir. Bu prosesdə heç bir qarışıqlıq olmur, hər hüceyrə harada, necə davranacağını çox yaxşı bilir. Bu qüsursuz nizamı təmin edən və hüceyrələrə nə edəcəklərini ilham edən hər şeyin hakimi olan Uca Allah'dır.
Tək hüceyrənin, doğulacaq körpə halına gəlməsi 3 fərqli mərhələdə tamamlanır. Körpənin ana bətnində keçən böyümə müddətinin 3 fərqli mərhələdə tamamlandığı yaxın zamana qədər elmə məlum deyildi. Ancaq, Quranda bu həqiqətdən 1400 il əvvəl "Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi. O sizi analarınızın bətnlərində üç zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz! " (Zumər surəsi, 6) şəklində bəhs edilir.
İki Canlı Arasındakı Həyat Körpüsü: Plasenta
Plasenta, ana ilə körpə arasındakı qida, oksigen və digər maddələrin mübadiləsini təmin edir. Üstəlik plasenta yeni hüceyrə qruplarının, yəni toxumaların meydana gəlməsi üçün lazım olan qidaları diqqətlə seçərək, körpəyə daşıyır. Plasenta bu prosesin tam əksinə, yəni körpədən ana bətninə tullantı maddələrin daşınması prosesini də ustalıqla yerinə yetirir.
Görəsən eyni vəzifəni bir insanın etməsi mümkündürmü? Hansı anda körpənin nəyə ehtiyacı olduğunu anlaması, bu ehtiyaca görə lazım olan tədbirləri alması, lazım olan maddələri seçib, lazımsız maddələri körpədən uzaqlaşdırması tibb təhsili almış bir insanın belə, heç dayanmadan gecə-gündüz edə biləcəyi bir şey deyil. Şübhəsiz, plasentanın quruluşundakı mükəmməllik və şüurlu hərəkətlər Allah'ın onu bu xüsusiyyətlərə sahib olaraq yaratmasının bir nəticəsidir.
Bu şəkildə qidalanan körpənin inkişafı nəticəsində olduqca mütənasib, uyğun bir quruluş ortaya çıxır. Bu uyğun inkişafların bütün bədən hissələrində eyni şəkildə reallaşması şərtdir. Məsələn, yalnız gözə aid 40 fərqli hissəcik var. Gözün funksiyalarını yerinə yetirə bilməsi üçün mütənasib bir böyümənin olması, hissələr arasındakı əlaqənin sağlam olması və hamısının öz yerində olması lazımdır. Əks halda, göz funksiyalarını yerinə yetirə bilməz.
Sümüklərin Əzələ İlə Örtülməsi
Çox yaxın bir zamana qədər, sümük və əzələlərin birlikdə meydana gəldiyi zənn edilirdi. Ancaq aparılan son tədqiqatlar insanların heç görə bilmədiyi və çox fərqli bir həqiqəti ortaya qoydu. Belə ki, ana bətnindəki körpədə qığırdaq toxumanın sərtləşməsi ilə əvvəl sümük meydana gəlir, daha sonra əzələ hüceyrələri, sümüklərin ətrafındakı toxumalardan meydana gələrək sümüyü örtür.
Halbuki, elmin yeni kəşf etdiyi bu həqiqət Quranda 1400 il əvvəl insanlara bildirilmişdir:
Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! (Muminun surəsi, 14)
Ayədə 1400 il əvvəl xəbər verilən bu elmi həqiqət, Developing Human (İnkişaf edən İnsan) adlı elmi bir nəşrdə belə təsvir edilir: 6-cı həftədə qığırdaqlaşmanın davamı olaraq ilk sümükləşmə körpücük sümüyündə ortaya çıxır. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlamışdır. Sümüklər əmələ gəlməyə davam edərkən, əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan seçilərək əzələ kütləsini meydana gətirir. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır. (Keith L. Moore, The Developing Human - Clinically Oriented Embrlyology, W. B. Saunders Company, 1983, Canada, s. 374a)
Qısası, insanın Quranda təsvir edilən yaranma mərhələləri müasir elmin kəşfləri ilə tam bir uyğunlaşma içindədir. Aləmlərin Rəbbi olan Allah, bu həqiqəti əsrlər əvvəl insanlara bildirmişdir.
Xarici Dünya Üçün Edilən Hazırlıqlar
Orqanları yavaş-yavaş tamamlanan və hərəkətlənməyə başlayan körpəni yeni bir dünya gözləyir. Körpənin olduğu etibarlı mühitdən tamamilə fərqli xüsusiyyətlərə sahib bir mühitdə yaşaya bilməsi üçün bədənində lazımi tənzimləmələrin aparılması labüddür.
Bu mərhələdə körpəni bətndən ayıran pərdənin içində "amnion mayesi" adlanan xüsusi bir maye meydana gəlməyə başlayır. Körpənin böyrəkləri, ağciyəri, amnion pərdəsinin özü və uşaqlıq ortaq şəkildə çalışaraq bu mayeni meydana gətirirlər.
Körpənin Həyat Suyu: Amnion Suyu
Körpə, inkişafını tamamladığı 9 ayı ana bətnində içi maye dolu bir kisədə keçirir. Bu maye amnion mayesidir. Amnion mayesi bir çox xüsusiyyəti ilə körpəni xarici dünyaya hazırlayır.
Körpə bu maye içində xarici dünyaya alışmaq üçün hərəkət edir. Nizamlı olaraq bu mayeni içir, dili dad almağa, bağırsaqları həzmə, böyrəkləri də süzmə işinə alışdırılır. Bu maye eyni zamanda xaricdən gələcək zərbələrə qarşı körpəni qoruyur. Çünki mayelərə hər hansı bir yöndən gələn təzyiq hər tərəfə bərabər olaraq paylanır.
Amnion mayesi ananın sağlamlığı üçün də vacibdir. Maye içində üzən körpə, ana bətninə ağırlıq etmir və bu sayədə normal inkişafını tamamlaya bilir.
Hazırlıqlar tamamlanır
Rüşeym getdikcə xarici dünyaya hazır hala gələrkən, orqanlar arasında möcüzəvi formada bir iş bölgüsü aparılır. Görüləcək işlər və inkişaflar, dünyanın şərtlərinə görə təyin olunur. Ana bətnində istifadə edilməyən gözlər dünyadakı işıq şiddətinə, qulaqlar da səslərin xüsusiyyətinə görə inşa olunur. Eyni şəkildə, mədə və digər həzm orqanları, dünyadakı qida maddələrinə uyğun formada işləyə biləcək bir fizioloji sistemlə təchiz edilir. Həzm sistemindəki hüceyrələr, heç tanımadıqları qidaları analiz etmək üçün nizamlı bir şəkildə proqramlandırılır. Karbohidratları, zülalları, yağları analiz etmə qabiliyyəti ilə yanaşı, hansının hansı orqan üçün lazım olduğunu biləcək və bu qidaların bədənin digər hüceyrələrinə göndərilməsini təmin edəcək bir proqrama malikdirlər.
Rüşeym bu yönü ilə planlı və proqramlı bir şəkildə xarici dünyaya hazırlanır. Burada bir daha diqqət çəkmək lazımdır ki, yeni bir insanın bədənini meydana gətirən bu orqanlar və hüceyrələr heç görmədikləri, heç eşitmədikləri, heç şahidi olmadıqları bir mühit üçün hazırlıq edirlər. Ananın bədənindən ayrıldıqdan sonra özlərini necə bir mühitin gözlədiyini bilirmiş kimi bir inkişaf göstərirlər. Əlbəttə ki, bunu hüceyrələrin öz "uzaqgörənlikləri" ilə bacardıqlarını iddia etmək mümkün deyil. Körpəni meydana gətirən hüceyrələrin bu şüurlu və nizamlı hazırlıqları, onlara Allah tərəfindən ilham edilən, üzərində düşünülməli önəmli bir yaradılış dəlilidir.
Hamiləliyin son aylarında rüşeym çox mühüm nisbətdə kilo almağa başlayır. Bunun səbəbi yağ toxumasının meydana gəlməyə başlamasıdır. Qəhvəyi rəngdə xüsusi bir quruluşda olan bu yağ təbəqəsini yaradan hüceyrələr, rüşeymin xüsusilə müəyyən bölgələrində ənsəsində, böyrəklərinin ətrafında və döş sümüyünün arxasında bu təbəqənin əmələ gəlməsini təmin edirlər. Bu xüsusi yağ təbəqələrinin vəzifəsi, doğulduqdan sonra ilk aylarda körpənin bədən temperaturunu yüksək tutmaqdır. Həmçinin bu yağlar ehtiyat qida vəzifəsini də yerinə yetirirlər. Bu da həmin yağ təbəqələrini yaradan hüceyrələrin, özlərinə ilham edilən vəzifələri qüsursuzca yerinə yetirdiklərinin bir başqa dəlilidir.
Bu arada ağ yağlar da incə bir təbəqə halında meydana gəlməyə başlayır. Beləcə, yağ rüşeymin dərisinin altını təbəqə şəklində əhatəyə alır. Dərialtı yağ təbəqələri ilə yanaşı, dərini içində olduğu mayedən qoruyan başqa bir yağ istehsalı da yenə dəri hüceyrələri tərəfindən edilir. Bu yağların meydana gəlməsi çox əhəmiyyətlidir, çünki dəri ilə su arasına yağ təbəqəsi girəcək və bu şəkildə suyun rüşeym üzərindəki mənfi təsirini aradan qaldıracaq. (HARUN YƏHYA, İnsanın Yaradılış Möcüzəsi)
Yeni Bir Dünyaya Doğru…
Körpənin yeni bir dünya üçün bütün hazırlıqları tamamlandıqda amnion mayesi də doğum üçün hazırlıq görməyə başlayır. Uşaqlıq ağzını genişlədəcək su kisəcikləri meydana gətirir. Bu kisələr həm uşaqlığın ağzını genişlədərək körpənin doğum əsnasında əzilməsinə mane olur, həm də doğum başlanğıcında yumurtalığın içindəki mayelərlə körpənin keçəcəyi yolu sürüşkənləşdirib mikrobları öldürürlər.
Bu zaman körpə də xaricə çıxmaq üçün ən uyğun vəziyyətdə, yəni başın uşaqlıq borusuna girdiyi mövqedə olur. Bəs körpə doğum üçün ən uyğun mövqenin bu olduğunu, daha vacibi doğum zamanının gəldiyini necə bilir? Hələ şüuru tam yaranmamış bir varlığın belə şüurlu davranışlar nümayiş etdirməsi əlbəttə onun öz iradəsi ilə deyil, yaradıcısı olan Allah'ın ilhamı ilə hərəkət etdiyinin açıq-aşkar göstəricisidir. Allah bunu Quranda belə bildirir:
Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)
Dünyadakı bütün insanlar kiçik bir sperma hüceyrəsi olaraq ana bətninə atılmış, buradakı xüsusi yaradılmış şərtlər sayəsində yumurta ilə birləşmiş, ardınca tək bir hüceyrə olaraq həyata başlamışdır. Siz də bu müddəti yaşadınız; ananız, atanız, qardaşınız, yoldaşlarınız, tanıdığınız və tanımadığınız bütün insanlar, üstəlik yalnız bu an yaşayanlar deyil, ilk insandan indiyə qədər yaşamış hər insan izah etdiyimiz möcüzəvi mərhələlərdən keçib.
İnsanların öz varlıqlarından ən kiçik bir xəbərləri belə olmadığı aylar boyu, Allah onların bədənlərini formalaşdırdı, onları tək bir hüceyrədən düzgün bir insan olaraq yaratdı. Bu həqiqəti düşünmək dünyadakı hər insanın vəzifəsidir…
Sizin də vəzifəniz necə var olduğunuzu düşünmək və sizi yaradan Allah'a şükr edici olmaqdır.
Unutmayın ki, bədəninizi bir dəfə yaratmış olan Rəbbiniz sizi ölümünüzdən sonra bir daha yaradacaq və hesaba çəkəcəkdir.
Bu, sonsuz güc sahibi olan Allah üçün çox asandır.