Damarlarımızdakı Mükəmməl Dizayn

Bədənimizdəki damar sistemi, inkişaf etmiş bir ölkədəki quru yolu şəbəkəsi ilə müqayisə edilməyəcək qədər kompleksdir.

Damarlar, ürək və qan birlikdə qan dövranı sistemini meydana gətirir. Cəmi 100 min kilometrdən çox uzunluğu ilə bədənimizin hər tərəfinə paylanan damarlarımız, böyük bir quru yolu şəbəkəsinə bənzədilə bilər. Kiçik bir hesablama aparsaq, bu ədədin əhəmiyyətini daha yaxşı anlaya bilərik: Bir insanın sahib olduğu damarlar uc-uca əlavə olunduqda, dünyanın ətrafını iki dəfə yarım dolanacaq bir uzunluğa çatar.

Allah varBunu da xatırladaq ki, bədənimizdəki damar sistemi inkişaf etmiş bir ölkədəki, məsələn, Amerikadakı quru yolu şəbəkəsi ilə müqayisə edilməyəcək qədər kompleksdir. Quru yolları müəyyən bir genişlikdə inşa edilir; günün fərqli saatlarındakı dəyişən tıxac sıxlığına görə yolun genişliyi artmır və ya azalmır. Halbuki, damarlarımızın daxili genişliyi sabit deyil, yəni damarlarımız bizim fəaliyyətlərimizə uyğun olaraq daralır və ya genişlənir, beləcə qan təzyiqinin təşkil edilməsində əhəmiyyətli rol oynayır. Məhz bu mükəmməl sistem sayəsində, bədənin fərqli mühitlərə görə dəyişən ehtiyacları, avtomatik olaraq təmin edilir. Qan damarlarının idman edərkən genişlənərək artan qan ehtiyacını təmin etməsi və ya yaralanmadan sonra daralaraq qanamağı azaltması, bu qüsursuz sistemin bir nəticəsidir.

Damarların Genişlənməsi və Daralması

Bəs damarlar necə olur ki, nə zaman genişlənməli və ya daralmalı olduğunu anlayırlar? Bu sualın cavabı insan həyatı baxımından çox əhəmiyyətlidir. 100 min kilometrlik damar şəbəkəsinin hər hansı bir nöqtəsində meydana gələ biləcək ən kiçik bir səhvin, əvəzi ödənilə bilməyən mənfi hallar doğuracağı açıqdır.

Elm adamları on il əvvələ qədər, damarın içində çox kompleks bəzi əməliyyatlar olduğunu təxmin edir, lakin yuxarıdakı sualın cavabını verə bilmirdilər. Aparılan araşdırmaların nəticəsi, kimyəvi bir xəbərçinin varlığını ortaya çıxardı. Bu xəbərçi nitrit oksid (NO) molekulu idi. Damarlara genişlənmələri "təlimatını verən" bu iki atomlu molekul idi. Damarlarımızın dərinliklərində nitrit oksid yaradan möhtəşəm təsislərin malik olduğu quruluş, mükəmməlliklərlə doludur.

Elektron mikroskopla araşdırıldıqda; damarların, kiçiklikləri ilə tərs mütənasib olaraq olduqca böyük quruluşların olduğu görünəcək. Məsələn, yan-yana düzülən 10 kapilyar damar, ancaq insan saçının bir teli qalınlığındadır. Məhz bu qədər dar olan damarlarımızın daxili divarları düz əzələ hüceyrələrinin meydana gətirdiyi bir toxuma ilə örtülüdür; damarların genişlənib daralması da bu toxumanın fəaliyyətləri nəticəsində reallaşır. Əzələ hüceyrələri qan ilə birbaşa təmas etmirlər; çünki endotel hüceyrələri əzələ hüceyrələri ilə qan arasında membran bir təbəqə meydana gətirir.

Endotel hüceyrələri bir zəncirin halqaları kimi yan-yana gələrək endotel təbəqəni meydana gətirir. 1980-ci illərə qədər bu hüceyrələrin, qanın damardakı axışını asanlaşdırmaq xaricində elə böyük bir fəaliyyətinin olmadığına inanılırdı. Halbuki, daha sonra həqiqətin çox fərqli olduğu ortaya çıxdı. Endotel hüceyrələrinin funksiyalarından birinin NO xəbərçisini istehsal etmək olduğu aydın oldu.

Endotel hüceyrəsini bir fabrik kimi düşünsək, nitrit oksid molekulları da bu fabrikin məhsullarına bənzədilə bilər. Təbii ki, fabrik deyərkən, ilk ağla gələn böyük sənaye quruluşları ola bilər. Halbuki, burada bəhsi keçən damarın içindəki metrin yalnız milyonda biri kiçikliyində olan bir fabrikdir. Bu mikroskopik fabrikin kimyəvi məhsulları da metrin milyardda biri qədər olan xəbərçi nitrit oksid molekullarıdır.

Bu ölçünü gözümüzdə canlandıra bilmək üçün belə bir nümunə verə bilərik: NO molekulunu üzüm dənəsi böyüklüyündə görə bilmək üçün tennis topunu, Dünya böyüklüyünə çatdırmaq lazımdır. Şübhəsiz bədənimizdəki damarlarda mövcud olan mükəmməl nizam və reallaşan möcüzəvi proseslər təsadüflərlə açıqlana bilməz. Damarlarımızdakı bu bənzərsiz yaradılış, düşünən insanlar üçün Allah'ın varlığını, sonsuz qüdrətini və elmini göstərir.