Mərcanlar dəniz yosunları sayəsində varlıqlarını davam etdirirlər

Allah varMərcanlar həyatlarını davam etdirə bilmək üçün yosunlarla ortaq həyat yaşayırlar. Mərcanların üzərinə yerləşən tək hüceyrəli yosunlar mərcanlara sahib olduqları gözəl rəngləri verərkən, eyni zamanda onların qidalanmalarını da təmin edirlər. Dəniz yosunları mərcan qayalarının inkişafı üçün lazımlı əhəngin meydana gəlməsini sürətləndirir və eyni zamanda bu canlıların üst səthlərini duzlu suyun aşındırıcı xüsusiyyətinə qarşı qoruyur.

Mərcanla dəniz yosunlarının meydana gətirdiyi bu ortaq həyatın ən diqqət çəkən nümunəsi Qırmızı dənizdədir. Qırmızı dənizə rəngini verən gözəl mərcanların bütün funksiya və fəaliyyətləri bu ortaq həyatın nəticəsi olaraq meydana gəlir. İki səhra arasında olan Qırmızı dəniz çox səmərəsiz bölgədir. İqlimi quru olduğu kimi bu dənizi qidalandıran heç bir çay və ya şirin su qaynağı yoxdur. Başqa sözlə, bu dəniz oksigen və ya azot qaynağına sahib deyil. Normal şərtlərdə Qırmızı dənizin səmərəsiz və içində canlı saxlamayan dəniz olması lazım idi. Halbuki, mərcanlar bu səmərəsiz mühitdə rahatlıqla yaşayırlar. Mərcanların bu dənizdə başlatdıqları həyat başqa canlıların da yaşamalarına imkan verir.

Mərcanların həyat qaynağı: Dəniz yosunları

Heç bir yerdə həyat qaynağı olmayan bu suyun içində mərcanların yaşamalarını təmin edən tək ünsür yaşıl yosunlardır. Mərcan öz bədəni içində yosuna sığınacaq yer verir və yosun da etdiyi fotosintez sayəsində mərcanı qida və enerji ilə təmin edir. Mərcanlar yosunların enerji qaynaqları olan günəş işığına çata bilmələri üçün hər cür üsula əl atırlar. Bunun üçün mərcanlar ümumiyyətlə gündüz içlərinə çəkilir və çöldə yalnız skeletlərinin qalmasını təmin edirlər. Bu şəkildə yosun rahatlıqla günəş işığından istifadə edərək fotosintez prosesini reallaşdırır. Beləliklə mərcan da ehtiyacı olan qidanı əldə etmiş olacaq.

Mərcan bütün qida ehtiyacını özünə xas sistemlə əldə edir. Bu canlılar öz hüceyrələrindən yosunların dərilərini zəiflədən həzm etdirici məhlul ifraz edir. Bu üsulla yosunlar tərəfindən fotosintezlənmiş bütün qidaların 80%-i xaricə çıxır və mərcanın öz hüceyrələrinə daxil olur. Mərcanın izlədiyi bu üsul əslində son dərəcə şüurludur. Mərcan yosunun özü üçün çox qiymətli qida qaynağı olduğunu bilir. Elə bu səbəbdən öz ehtiyacı olan qidanı əldə etmək üçün əridici maddə ifraz edərkən, yosunun tamamilə ölməsinə icazə vermir. İfraz olunan miqdar yalnız istənilən enerjinin ortaya çıxmasına kifayət edəcək qədərdir.

Yosunların meydana gətirdiyi fotosintez prosesi eyni zamanda suyu oksigenlə də zənginləşdirir. Oksigen ilə zənginləşən su canlılıq zəncirini də genişlədir. Heyvanların artıqları və bakteriyalar sayəsində azot səviyyəsi də artır. Bu da məhsuldarlığın və canlıların artımı deməkdir. Məhz Qırmızı dənizin içərisində həyatın mövcud olmasının səbəbi budur. Bu əlaqədən əlbəttə yosunların da faydalandıqları yönlər var.

Qarşılıqlı faydaya əsaslanan əlaqə

Mərcanlar normal şərtlərdə CO2 və ammonyak ifraz edir. Bu maddələr yosunlar üçün mükəmməl qida və gübrə mənbəyidir. Eyni zamanda yosun yaşamaq üçün nitrat və fosfata da ehtiyac duyur. Bu maddələr də mərcanların tullantılarındakı maddələrdir. Mərcanların tullantıları var, çünki bilindiyi kimi mərcan bitki deyil, heyvandır. Başqa sözlə, mərcanın toxumalarında yosunların yaşaya bilməsi üçün lazım olan bütün xam maddələr var. Yəni yosun içində yaşadığı bu canlı sayəsində qidasını heç səy göstərmədən əldə edir. Həmçinin düşmənlərindən qorunacağı sığınacağa da malikdir.

Mərcanın yosuna günəş işığı təmin etmək üçün inkişaf etdirdiyi üsullar isə bənzərsiz ağılı nümayiş etdirir. Mərcanlar ümumiyyətlə dəniz içində günəş işığının sıx olduğu yerlərdə və xüsusilə də dayaz sularda bir yerə gəlirlər. Günəş işığının daha az olduğu dərin sularda isə üfüqi olaraq sərilir və olduqları mühitdən ən çox işıq əldə edə biləcəkləri şəklə girirlər. Beləliklə mərcanlar üçün həyat mənbəyi olan yosunlar ən mühüm enerji qaynağını əldə etmiş olur. Bir yosunun bütün enerjisini günəşdən alaraq qidalandığını bilməsi mərcan üçün şübhəsiz qeyri-mümkündür. Bundan əlavə, mərcanın bu xüsusiyyəti öz faydası üçün istifadə etməyi düşünməsi, əlbəttə ki, mümkün deyil. Bütün bunlar bir tərəfə, mərcanın daha çox fayda əldə edə bilmək üçün yosunun pərdəsini əritməyi düşünməsi yosunun günəşdən daha çox faydalana bilməsi üçün su içində xüsusi yer təyin etməsi normal şərtlərdə qeyri-mümkündür. Halbuki, bu iki canlı həmin ortaqlığı yaşayır və bir-birlərini çox yaxşı tanıyırlar. Bəhs etdiyimiz canlılar təkcə Allah'ın ilhamıyla hərəkət edir və beləcə hərəkətlərində üstün ağıl və şüur görünür. Allah'ın sonsuz ağlının təcəlliləri hər yerdədir. Bununla birlikdə təsadüfən meydana gəlmənin nə qədər böyük cəfəngiyyat olduğunu da bir daha görürük.

Yosunların mərcanlar üçün təmin etdiyi faydalar bunlarla da məhdud deyil. Yosunlar həmçinin mərcanların skeletini yaradır və bu skeletin böyüməsini təmin edirlər. Bu çox mühüm və əhəmiyyətli köməkdir, çünki mərcanlar ancaq öz skeletlərini meydana gətirmək və böyüdə bilmək şərtiylə yaşaya bilirlər. Yosunlar bununla da kifayətlənmir, həm özlərini, həm də içində yaşadıqları bu canlıları zərərli olan ultrabənövşəyi şüalardan qorumaq məqsədiylə yüksək faktorlu günəş kremi təsiri göstərən kimyəvi maddə istehsal edirlər. Xüsusilə gələn şüaların çox güclü olduğu tropik bölgələrdə ifraz olunduğu üçün bu maddə böyük əhəmiyyət daşıyır. Kiçik bir yosun hüceyrəsi istinin zərərli təsirlərini azaltmaq üçün sanki təxmin edərcəsinə tədbir görməyə qərar verir. Üstəlik bunu edə bilmək üçün kimyəvi üsullardan istifadə edir. Bütün bu yönləriylə baxdıqda detallarını izah etdiyimiz bu ortaq həyat dünyadakı ən yaxşı və ən inkişaf etmiş simbiozdur.