Dəmirin mənbəyi olan bakteriyalar
Fotosintez qabiliyyəti ilə dünya üzərindəki həyata kömək edən, bədənimizi qoruyan, yer üzünün ən mühüm həyat dövriyyəsini meydana gətirən, amma bütün bu fəaliyyətlərinə baxmayaraq, gözlə görünə bilməyən bu varlıqların qüsursuz yaradılışlarındakı üstün ağıl və sənəti göstərən başqa əhəmiyyətli xüsusiyyətləri də var. Məsələn, yer üzündəki dəmir yataqlarının, hətta bədənimizdəki dəmirin mənbəyi də bakteriyalardır.
Bəzi bakteriyalar suyun içində ərimiş olaraq tapılan dəmiri sudan ayırma qabiliyyətinə sahibdirlər. Bu canlılar okeanlarda həll olan dəmir molekullarını bu şəkildə istehlak edirlər və bunları öz bədənlərində sıxlaşdırırlar. Bakteriyaların bədənində sıxlaşan dəmir daha sonra okean dərinliklərində dəmir yataqlarına çevrilir. Bunlar yüz milyonlarla il boyu dağlara doğru itələnir və buralarda böyük dəmir yataqlarını meydana gətirirlər. Bu dəmir yataqlarının qazılması ilə böyük miqdarda dəmir molekulu havaya qarışır. Biz isə fərqində olmadan görünməyən bu dəmir tozları ilə tənəffüs edirik. Bədənimizə girən bu molekullar orqanizmimiz üçün çox əhəmiyyətlidir. Bədənimizə kiçik dəmir molekulları girdiyi üçün qırmızı qan hüceyrələrimizin dəmir daşıyan hemoqlobin nüvəsi iliyimizi, yəni bədənimizdə gəzən qanın mənbəyini meydana gətirir.
Bakteriyaların bu kimyəvi təsirləri ilə yaranan yeraltı resurs yalnız dəmir ilə məhdud deyil. Yer üzünün ən mühüm ehtiyaclarından biri olan neft də böyük ölçüdə bakteriyaların məhsuludur. Qıcqırma prosesindən xatırladığımız kimi oksigensiz tənəffüs edən bakteriyalar enerjilərini ətrafdakı üzvi birləşmələri parçalayaraq əldə edirlər. Həmin bakteriyaların bu xüsusiyyətləri torpaqaltında milyonlarla il əvvəl reallaşan proseslərin neftə çevrilməsinə gətirib çıxarmışdır. Bu canlıların neft istehsal edə bilmələri üçün olduqları mühitdə oksigenin tükənməsi, temperaturun 150 dərəcəyə çatması və təzyiqin bir neçə milyon il davam etməsi lazımdır. "Bakteriyanın neftin istehsalını təmin etməsi" təəccüblü səslənə bilər. Həqiqətən də təəccüblüdür, çünki bu ağıllı mikrocanlıların uzun illər boyu heç dayanmadan belə bir fəaliyyətdə olmaları əslində yalnız insanlara fayda vermək üçün yaradıldıqlarının dəlilidir. Mikroorqanizmlərin təmin etdikləri faydalar acizliyə düşəcəyimiz tərəfdən həyati ehtiyaclarımızı ödəyir.
Son günlərdə okeanların dibində aparılan tədqiqatlar bakteriyalar haqqında bilinməyən bir həqiqəti də aşkarladı. Məlum olduğu kimi, bakteriyalar fotosintez, azotun səviyyəsinin saxlanılmasını və qıcqırma yoluyla qida zəncirinin təməl halqasını meydana gətirirlər. Okeanın 300 metr altında aparılan tədqiqatlar bakteriyaların vəzifələrinin bu proseslərlə məhdud olmadığını göstərən dəlilləri gün işığına çıxardı. Yeni kəşf edilən və okeanın yüzlərlə metr dərinliyində dib hissədə yaşayan və buradakı qayaları yeyən bakteriyaların buradakı canlıların qorunması üçün təməl qida funksiyası daşıdığı aydın oldu...
California Universiteti, Scripps Institution of Oceanographyanın tədqiqat qrupundan Hubert Staudigel verdiyi açıqlamada okean dibinin bu canlılarla örtülü olduğunu və onların yaşamadığı bir yerin mövcud olmadığını ifadə etmişdir.
Qayaları yeyərək parçalayan bu canlılar lazımlı kimyəvi maddələri tərkib hissələrinə parçalayaraq, dəniz suyuna, oradan da qida zəncirinə qarışır, beləcə okean dibindəki canlı aləmin qorunmasında təməl bir prosesi reallaşdırırlar.
Bakteriyalar eyni zamanda yaz boyu göllərin içindəki canlıların ehtiyacı olan mineral və qidaları hazırlamaqla da məsuldurlar. Göllərdə qış boyu, demək olar ki, ölü olan bitki və heyvanların yayda təkrar canlanarkən ehtiyac duyacaqları bütün qida və minerallar qışda bakteriyaların etdiyi fəaliyyətlər ilə təmin edilir. Qış boyu bakteriyalar suyun dibinə çökən üzvi tullantıları, yəni heyvan və bitki ölülərini və qalıqları tərkib hissələrinə ayıraraq minerallara çevirirlər. Beləliklə bakteriyaların içində olduqları göllər təmizlənir. Parçalanma prosesində eyni zamanda gölün dibində müxtəlif minerallar da yığılmışdır. Beləliklə canlılar baharda oyandıqda qidalarını da hazır olaraq əldə edirlər. Bakteriyalar sayəsində həm olduqları mühitdə "bahar təmizliyi" edilmiş, həm də yayda yenidən canlanan təbiət üçün kifayət qədər qida hazırlanmışdır. Yaratdığı bütün canlılara hesabsız ruzi verən Allah göldə yaşayan bir-birindən fərqli xüsusiyyətlərə sahib olan bir-birlərindən fərqli növdəki saysız-hesabsız canlı üçün də bakteriyaları vəsilə etmişdir. Bakteriyaların nə başqa canlılar üçün təmin etdikləri bu faydadan xəbərləri vardır, nə də yayda hərəkətlənən su canlıları qidalarının haradan gəldiyini araşdırırlar. Onlar yalnız onları yaradan Allah'a təslim olmuşlar.
Bakteriyaların meydana gəlməsində rol oynayan ən əhəmiyyətli və bəlkə də ən qiymətli başqa bir mədən isə qızıldır. Yerin 2 mil (3.5 km) altında olan bu bakteriyalar qızıl mədənlərində yaşayırlar və gizli şəkildə qızıl istehsal edən kimyaçılar kimi çalışırlar. Qayalardan qidalandıqca mikroskopik qızıl parçalarının çökməsini sürətləndirir və yeraltında qızıl meydana gəlməsinə səbəb olurlar. Bu proses şübhəsiz son dərəcə ağır irəliləyən mərhələdir. Necə ki, yeraltındakı bakteriyaların həyat səviyyələri yer üzündəki bakteriyalara nisbətən çox yavaşdır. Normalda bakteriya bir saat içində 3-4 dəfə bölünərkən, yeraltındakı bu bakteriyalar 100 ildə bir bölünürlər. Bu orqanizmlər milyonlarla il səthlə təmas etmədən yaşaya bilirlər. Bu da həmin bakteriyaların qızıl istehsal edə bilmək üçün xüsusi olaraq yaradıldıqlarının dəlilidir. Mikroorqanizmin ehtiyac olan yerdə ehtiyac olan şəkildə və sayda bölünməsi bizlər üçün Allah'ın qüsursuz yaratmasını göstərən ibrətverici hadisədir. Yemək üzərində yaşayan bakteriya da, insanların bağırsaqlarına yerləşən bakteriya da, yeraltında mədənləri tərkib hissələrinə ayıran bakteriya da fərqli xüsusiyyətlərə sahib olmaqla birlikdə eyni bakteriyadır. Ancaq olduğu yerə görə bölünmə sürətini dəyişdirə bilmə kimi xüsusiyyətə malikdir. Üstəlik bu sabit nisbət heç dəyişmir, bakteriyalar, harada, nə qədər lazımdırsa o miqdarda çoxalırlar. Tək hüceyrəli bir canlının bu şüurla hərəkət etməsi, şübhəsiz ki, fövqəladə vəziyyətdir. Bakteriyaların şüurlu hərəkət etmələrini onlara ilham edən, bütün elmlərin üstündə elm sahibi olan, bütün ağıllardan üstün ağla sahib olan Allah'dır.