İnsan üçün faydalı olan mikrocanlılar - bağırsaq bakteriyaları
Bağırsaqlarımızda bir çox bakteriya növünü ehtiva edən kiçik bir ekosistem var. Bu bakteriyaların hər növünün vəzifəsi fərqlidir və qidaların həzm edilməsindən vitaminlərin sorulmasına qədər hər cür funksiyanı yerinə yetirirlər. Bağırsaqlarda yaşayan bu bakteriyalar Escherichia coli adlanır. Escherichia coli daha əvvəl qeyd etdiyimiz kimi bir xromosom spiralında təxminən 5.000 genə malik olan canlıdır. Bu da təxminən 3 hərfdən ibarət olan 1 milyon kodona bərabərdir. (Kodon ATCG hərflərinin bir yerə gəlməsiylə meydana gələn DNT şifrəsində yalnız 3 hərfdən ibarət olan mənalı sözlərdir. Kodonlar birləşərək mənalı cümlələri, yəni genləri meydana gətirirlər.) Yəni bir milyon xüsusi olaraq kodlaşdırılmış şifrə bakteriyanın bütün xüsusiyyətlərini və edəcəyi bütün fəaliyyətləri təyin edir. Həmin bakteriyanın DNT-də daşıdığı bu fövqəladə məlumatın miqdarı və xüsusiyyəti təkamüllə bağlı qaynaqda bu şəkildə ifadə edilmişdir.
DNT şifrəsi hüceyrəyə məlumatı çatdıran genetik dildir. Hüceyrə - hər funksiyasına nəzarət etmək üçün DNT məlumatlarını istifadə edən çox kompleks quruluşdur. Tək hüceyrəli bakteriya olan E colinin DNT-dəki məlumat miqdarı həqiqətən çoxdur. Dünyanın ən böyük kitabxanalarının hər hansı birindəki bütün kitablarda olan məlumatdan daha çoxdur...
(…) E coli hüceyrələrindəki DNT hərflərinin düzülməsi çox fərqlidir. Bioloji funksiyanın yerinə yetirilməsini yalnız bu xüsusi düzülmə təmin edə bilir.
Bu canlının həmin əməliyyatları necə meydana gətirdiyi və bu simbiotik həyatdan fayda əldə edib, etmədiyi isə tam olaraq bilinmir. Bakteriyaların əldə etdikləri faydalarla bağlı əldə edilən tək məlumat bu canlıların bəzilərinin bağırsaq hüceyrələrinə öz ehtiyaclarını çatdıraraq, onların şəkər ifraz etməsini təmin etdikləri və bu şəkəri qida olaraq istifadə etdikləridir. Bakteriyaların əldə etdikləri faydalarla bağlı məlumatlar bu qədərdir, amma bu ortaq həyatın insana çox əhəmiyyətli təsirləri var. Bakteriyalar insan bağırsağında olduğu müddətdə həzm və vitamin qəbulu kimi bəzi əməliyyatlar reallaşdırarkən eyni zamanda zərərli bakteriyaların xəstəlik törətmələrinə də mane olurlar. Bakteriyaların köməyi ilə bağırsaqlar funksionallıq qazanarkən, immunitet sistemi də güclənir. Bu bakteriyalar insanda və bəzi məməli heyvanlarda K vitaminini yaratma vəzifəsini də yerinə yetirirlər. K vitamini insanlar və gövşəyən bəzi canlılar üçün çox böyük əhəmiyyətə malikdir. Çünki bu canlılar K vitaminini yeməklərdən ala bilmirlər. Halbuki, bədənin bu vitaminə ehtiyacı var. Bu ehtiyac bakteriyalar sayəsində təmin edilir. Bakteriyalar canlının yediyi tərəvəzlərdəki sellülozanı parçalayaraq həzm edilə bilir, qlikozaya çevirir və bədəni K vitamini ilə təmin edirlər.
Bu proseslər əlbəttə həyati əhəmiyyəti olan kimyəvi proseslərdir. Bu proseslər yer üzündə mövcud olan hər insanda eyni qüsursuzluq və eyni mükəmməlliklə yenə bakteriyalar tərəfindən reallaşdırılır. Ancaq bu proseslərin o qədər çox detalı vardır ki, bunların hamısının sirri hələ də açıla bilməmişdir. Dünyanın məşhur təkamülçü jurnallarından New Scientistdə bakteriyaların şüurlu davranışları əsnasında ortaya çıxan "bilinməyənlər"i bu şəkildə sıralanmışdır:
Son 10 ildir mikroblar ilə bədən arasındakı "xoş xassəli" əlaqə mövzusunda beyin yoran mikrobioloqlar komensal (eyni süfrədə yemək yeyən) bakteriyaların sirrini hələ açmayıblar. Bu bakteriyaların bir qisminin bağırsaqların daxili çəpərlərində, digər qisminin isə müxtəlif çatlaq və yarıqlarda yerləşdiyi məlumdur. Ancaq bu mövzuda bilinməyənlər bilinənlərdən daha çoxdur. Alimlərin hələ cavablaya bilmədikləri bir çox sual var. Dünyaya yeni gələn bir neçə saatlıq heyvanın bağırsaqlarını hədəf alan bu mikroblar hara yerləşəcəklərini necə bilirlər? Və yerləşəcəkləri bölgəni ələ keçirincə, üstlərinə gələn yeni bakteriyalara qarşı özlərini necə qoruyurlar? İllərlə bizimlə birlikdə sakit yaşayan bu mikroorqanizmlərin birdən-birə bizə qarşı cəphə almalarının və ölümcül xəstəliklərə gətirib çıxarmalarının səbəbi nədir? Hamısından vacibi, immunitet sistemi bağırsaqların bu mikroskopik sakinlərinə qarşı nə üçün döyüş açmır?
Bu mühüm suallardan başqa çox vacib olan başqa əhəmiyyətli mövzu daha var. Məlum olduğu kimi, bakteriyalar çox sürətli çoxala bilən canlılardır və olduqları mühitdə, şərtlər əgər uyğundursa, bir neçə saat içində sayları milyonu ötə bilir. Həmin vəziyyət insan bədənindəki bu bakteriyalara da aid edilir. Necə ki, insan bədənindəki mühit bakteriyaların çoxalmalarına uyğundur. Onların da digər növlər kimi qısa müddətdə həddindən artıq dərəcədə çoxalmaları və bağırsaqları, demək olar ki, tamamilə zəbt etmələri lazımdır. Bəs görəsən belə bir problem ilə qarşı-qarşıyayıqmı? Bağırsaqlarımıza yerləşən E. coli bakteriyası üçün belə vəziyyət mövcud deyil. Bu bakteriya 20 dəqiqədən bir ikiyə bölünür və bu çoxalmanın ardınca da ortaya çıxan bakteriyaların çoxu ölür. Əgər belə olmasaydı, E. coli hüceyrələri 20 dəqiqədə bir dayanmadan bölündükdə bütün dünyanı əhatə edəcək həcmə 43 saatda çatacaqdılar. Heç bir zaman belə bir problemlə qarşılaşmırıq, çünki burada yaşayan bakteriyaların aralarında qida üçün böyük bir yarış var. Yarışı keçə bilməyənlər ölmək məcburiyyətindədirlər. Bakteriyalar bədəndəki antibiotiklərə də qarşı gələ bilmirlər.
Bağırsaqlardakı bakteriya tarazlığı məhz bu şəkildə təmin edilir. Həyatını davam etdirənlər isə insanın həzm etməsi üçün lazımlı miqdarda çoxalırlar. Bu rəqəm milyardlarla ildir insanların hamısında nizamlanmış və təyin olunmuş rəqəmdir. Heç bir insan bədənində bağırsaqda olan bu bakteriyaların hamısı ölməmiş, ya da nəzarətsiz çoxalma yartmamışdır, çünki bu canlılar insana fayda verə bilmək üçün xüsusi olaraq yaradılmışlar. Yerinə yetirdikləri funksiyalardan saylarına qədər hər cür detal onları yaradan Allah'ın dilədiyi və təyin etdiyi şəkildədir. Bu nəzarəti təmin edən, harada, nə vaxt və hansı sayda dayanmaları lazım olduğunu bilən və planlayan Allah'dır.