Bakteriyalar və simbiotik əlaqədə olduqları canlılar

Allah varBakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətli çoxalan və simbioz yaşamaları baxımından canlılar aləminin tarazlığını təmin edən əhəmiyyətli canlılardır. Demək olar ki, hər yerdə yaşaya bilirlər, buna görə də, digər orqanizmdən daha çoxdurlar. Bu canlılar dünyanın ən çox saydakı üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır. Bakteriyalar insan da daxil olmaqla, bir çox canlı ilə maddələr mübadiləsinə girərək birbaşa ona və ya bilvasitə olaraq canlılar aləminə fayda verirlər.

Bakteriyalar çox müxtəlifdirlər. Bəzi bakteriyalar oksigeni bol mühitlərdə yaşaya bilərkən, bəziləri oksigensiz mühitlərdə həyatlarını davam etdirirlər. Bir hissəsi fotosintez yoluyla enerji istehsal edərkən, bir hissəsi üzvi maddələri tərkib hissələrinə ayıraraq qida əldə edirlər. Tək hüceyrədən meydana gəlmələrinə baxmayaraq, bəzən maddələr mübadiləsi olduqca fərqli ola bilir.

Termitlər sellülozanı tək başına həzm edə bilmirlər və bu əməliyyat üçün bakteriyalara ehtiyac duyurlar. Termitlərin bağırsağında belə 2.7 milyon bakteriya var. Eyni şəkildə sellülozanı həzm edə bilməyən gövşəyən heyvanlarda da həzmi bakteriyalar təmin edirlər. Qısası, bakteriyaların varlığı təbiətdəki bəzi canlılar üçün həyati əhəmiyyət daşıyır. Bakteriyalar və simbiotik əlaqədə olduqları bu canlılar uyğunluq və nizam içində yaşayırlar. Bu ortaq həyat müddətində hər canlı öz vəzifəsini bilir və qüsursuz olaraq yerinə yetirir. İcra edilən əməliyyatlar elə kompleks və mürəkkəbdir ki, əsla təsadüfə yer vermir. Bakteriyaların ortaq yaşadığı bu canlıları araşdırdıqda, hər şeyi uca Allah'ın yaratdığını açıq şəkildə görürük.

Bakteriyaların ortaq həyat örnəkləri

Bakteriyalar bitkilərlə qarşılıqlı faydaya əsaslanan əlaqəyə girirlər. Göy noxudda və göy noxudun köklərində azot toplayan bakteriyalar yaşayır. Məlum olduğu kimi, nitrogen, yəni azot da canlılar üçün həyati əhəmiyyətə sahib olan molekuldur. Bitki azota sahib ola bilmədiyi müddətdə əvvəl-axır ölür.

Buna görə də bitki köklərində qidalanan bakteriyalar son dərəcə əhəmiyyətlidir. Bakteriyaların göy noxudu seçmələrinin səbəbi isə bu bitki ilə bakteriyalar arasındakı kimyəvi ünsiyyətdir. Simbiotik bakteriya bitkilərdəki bəzi genləri hərəkətə keçirərək köklərdə kiçik qabarcıqların meydana gəlməsini təmin edir. Bakteriya yaranan bu qabarcıqları özü üçün sığınacaq olaraq istifadə edir. Bunun qarşılığında isə bitki heç tükənməyəcək azot anbarına sahib olur.

Allah varKirpi balığının bağırsağında yaşayan bakteriyalar balığın əzələlərinin içinə qədər yayılan zəhər istehsal edirlər. Bu zəhər balığın özünə zərər verməzkən, düşmənlərindən qorunmasını təmin edir.

Başqa bir simbiotik əlaqə kirpi balığı ilə bağırsaq bakteriyaları arasındadır. Kirpi balıqları fərqli müdafiə etmə sisteminə malikdir və olduqca zəhərlidirlər. Bu zəhər tetrodoksin adlandırılır və kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal edilir.

Bakteriyaların istehsal etdiyi bu zəhərli toksinin böyük hissəsi balığın qaraciyərində, bağırsağında və digər daxili orqanlarında olmasına baxmayaraq, zəhər heyvanın bədəninin hər yerinə yayılır. Hətta zəhərin bir hissəsi balığın əzələlərinin daxili hissələrinə qədər girir. Başqa sözlə, kirpi balığını və bu balığın sürfələrini yeyən canlılar son dərəcə böyük təhlükəylə qarşı-qarşıya gəlirlər. Belə təhlükənin fərqində olan düşmənlər kirpi balığına yaxınlaşmağa üstünlük vermirlər. Bu isə balığın digər balıqlara yem olmasının qarşısnı alır. Əlbəttə burada mühüm olan digər balıqlar üçün böyük təhlükə yaradan zəhərin kirpi balığının bütün bədəninə yayılmasına baxmayaraq, ona zərər verməməsidir. Bu kirpi balığının qorunması üçün Allah'ın xüsusi olaraq yaratdığı qüsursuz dizaynı göstərir. Bu ortaq həyat nümunəsində başqa möcüzələr də vardır. Ətrafdakı digər balıqların kirpi balığındakı təhlükəni hiss edərək ona yaxınlaşmamağa çalışmaları bakteriyaların cəhd göstərərək belə bir qorunma üsulu inkişaf etdirmiş olmaları, Allah'ın canlıları bir-birləriylə uyğun olaraq yaratdığını göstərir. Bu nümunələrdə şüurlu dizayn, üstün yaratma vardır.

Bakteriyalar balon soxulcanları ilə də maraqlı əlaqədədirlər. Bu canlının sahib olduğu balonlar hər bir qramına 100 milyard bakteriyanın yerləşə biləcəyi toxuma ilə doludur. Balon soxulcanlarının qırmızı tükləri oksigen yerinə bakteriyaları qidalandırmaq üçün hidrogensulfid daşıyan qanla doludur. Buna qarşılıq bakteriyalar da hidrogensulfidi oksidləşdirir və bu oksidləşmə nəticəsində ortaya çıxan karbondioksidi soxulcanı qidalandıran karbon birləşmələrinə çevirirlər. Yəni aralarındakı əlaqə qarşılıqlı qida alverinə əsaslanır. Soxulcan bakteriyanı qidalandırarkən bakteriya da soxulcan üçün qida istehsal edir.

Dənizlərdə yaşayan başqa bir soxulcan növü olan Riftia Pachyptila isə bakteriyalara qidalarının həzmi üçün ehtiyac duyur. Bu soxulcan növünün həzm sistemi yoxdur. Əvvəllər həzm sistemi olmayan bu canlının dəri vasitəsilə dəniz suyunda ərimiş üzvi maddələri əmərək qidalandığı zənn edilirdi. 1981-ci ildə soxulcanın üzvi molekulları əmərək deyil, normal şəkildə qidalandığı, ancaq həzm prosesini bakteriyaların yerinə yetirdikləri kəşf edilmişdir. Bakteriya ilə soxulcanın arasındakı bu həmrəylik həqiqətən də son dərəcə şüurludur. Soxulcanın qəlsəmələri ilə aldığı maye kükürd və oksigen ilə zəngindir. Bu maddələr qan vasitəsilə bakteriyaların olduğu yerə gedərək burada bakteriyaların üzvi birləşmə yaratmalarını təmin edir. Soxulcan qida olaraq bu maddələri istifadə edir, soxulcanın karbondioksid, azotlu maddələr kimi maddələr mübadiləsi artıqları da təkrar bakteriyalar tərəfindən alınaraq qidaya çevrilir. Adi şəraitlərdə bütün bu kimyəvi proseslər nəticəsində yaranan kükürdlü hemoqlobinin oksigeni daşıya bilməməsi eyni zamanda tənəffüs fermentləri üçün toksik, yəni zəhərli təsirə sahib olması lazımdır. Ancaq bu problem də xüsusi dizayn sayəsində həll edilmişdir. Soxulcanın qarnında daha çox kükürd bağlayaraq hemoqlobini qoruyan zülal var. (Harun Yəhya, Mikro Dünya Möcüzəsi)

Soxulcanın gövdə boşluğu bakteriyanın yerləşməsinə, bakteriyanın istehsal etdiyi qida soxulcanın qidalanmasına, soxulcanın tullantıları bakteriyanın yaşamasına, ferment də bütün bu proseslərə görə soxulcanın zəhərlənməməsinə səbəb olur. Bu nümunədəki saysız səbəb-nəticə əlaqəsi tək bir həqiqətə işarə edir. Allah bütün canlıları üstün yaradılışla yaratmışdır və bu üstün gücünü bizə Quranın bir çox ayəsində təsvir etmişdir:

"Göylərdə və yerdə nə varsa, Allah'a məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allah'ın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir." (Loğman surəsi, 26-27)

Dildəki bakteriyalar

Allah varYuxarıda rəsmi göstərilən bu bakteriyalar görəsən necə nitratın orqanizm üçün zərərli olduğunu düşünmüş və bunu aradan qaldıra bilmək üçün dilimizi qərargah etmişlər? Şübhəsiz təkamülçülər bu sualı əsla cavablandıra bilməzlər. Halbuki, cavab sadədir: Bu bakteriyalar Allah'ın bildirdiyi bir əmri yerinə yetirirlər. Müxtəlif qidalarla bədənimizə nitrat qəbul edirik. Nitrat bədənə daxil olduqda, tərkibindəki bir oksigen molekulunu itirərək nitritə çevrilir. Nitratın asanlıqla nitritə çevrilə bilməsi insan bədəni üçün rahatlıq səbəbidir. Nitrit rahatlıqla kimyəvi reaksiyalara girə bilir və yeməklərlə alınan aminlərlə birləşərək "nitrozamin" deyilən maddəyə çevrilir. (Amin tək qiymətli hidrokarbonatlara verilən ümumi bir addır.) Nitrozaminlər mədə xərçəngi kimi mühüm xəstəliklərin başlıca səbəblərindən biridir.

Ancaq bəzən bədənə birbaşa daxil olan, bəzən də bədəndə istehsal edilən nitrozaminlər bədənə zərər vermədən aradan qaldırılır. Bunun səbəbi insan bədənini qorumaqla vəzifəli olan bakteriyalardır.

Tədqiqatçılar bir müddət əvvəl qida vasitəsilə bədənə daxil olan nitratın 25%-in nitritə çevrilmək üçün tüpürcəyə qarışaraq ağızdakı hüceyrələrə geri qayıtdığını aşkar etdilər. Bunun səbəbi əvvəllər aydın ola bilməmişdi, çünki nitrit zərərli maddə idi və zərərli maddənin bədəndə istehsal edilməsinin də bir mənası yox idi. Bunun səbəbi daha sonra aydın oldu. Nitrit tüpürcəkdəki turşu ilə birləşdikdə bədəndə nitrozaminin meydana gəlməsinə mane olurdu. Bu birləşmə eyni zamanda bədənə zərərli olan bəzi bakteriyalar üçün də çox zəhərli idi. Başqa sözlə nitrit yediyimiz yeməklərlə qarışması üçün ağzımızda xüsusilə istehsal edilirdi. Qəbul etdiyimiz qida ağızda bizim üçün zərərsiz hala gəlir, eyni zamanda içində saxladığı bütün zərərli mikroblar da bədənə daxil olan kimi bu üsulla ölürdü.

Bəs bədəndə nitrit harada istehsal olunur və harada saxlanılır? Nitrit bakteriyalar tərəfindən dildə istehsal olunur. Nitrat dilin arxa tərəfində bakteriyaların olduqca sıx olduğu bölgədə nitritə çevrilir. Nitratı çevirən bakteriyalar dilin arxa qismində dad tumurcuqları arasındakı oksigen çatmayan yarıqlarda yaşayırlar. Bunlar anaeroblar adlanan həm oksigensiz, həm də oksigenli mühitdə yaşaya bilən bakteriyalardır.

Bakteriyalar yuxarıda izah etdiyimiz bütün bu prosesləri diş əti ətrafında da reallaşdırırlar. Onların bu fəaliyyətləri eyni zamanda dişlərin də çürüməsinə mane olur.

Bura qədər bəhs etdiklərimiz tamamilə kimyəvi hadisələrdir və insan bədənində bakteriyalar sayəsində reallaşır. O halda indi bunu düşünək: Nitratı ət və salat kimi ən fundamental qidalarla davamlı olaraq qəbul edirik. Görəsən bakteriyalar hansı qərarla bu maddənin bədənə zərərli ola biləcəyini düşünmüş və bunu aradan qaldıra bilmək üçün özlərinə qərargah etmişlər? Darvinistlərə görə bunu edən təkamül, ya da başqa bir ifadə ilə təsadüflərdir. Xəyali təkamül müddətində insanın qidalara görə xəstələnib ölməsinə mane olan bu bakteriyalar da təsadüfən yerlərini alıblar. Bəzilərinin bədəndəki mövqeyindən asılı olaraq tənəffüs etmədən yaşaya bilməsi lazımdır. Təsadüfən bu problem də həll edilmişdir! Bədəndəki immunitet sisteminin bu bakteriyaları təhlükə olaraq görüb onlarla döyüşməsinə də mane olunmalıdır. Bir təhər immunitet sisteminin bu canlıları yadırğama təhlükəsi də təsadüfən ortadan qalxmışdır! Təkamül nəzəriyyəsinə görə bütün bunların izahı təsadüflərdir. Təkamülçülər bakteriyanın insanı qoruya bilmək üçün şüurlu hərəkət etməsini ağıllı və üstün dizayn olaraq deyil, təkamülləşmə olaraq təsvir edirlər. Halbuki, bakteriyanın təsadüfən bütün möcüzəvi xüsusiyyətləri ilə birlikdə insanın dilindəki dad kisəciklərinə yerləşməsinin və bədəni zəhərli maddələrdən qorumasının təsadüflərlə izah edilməsi əsla mümkün deyil. İnsan kimi insanın bədənindəki bu həssas sistem də yer üzündə ağlını istifadə edə bilən bütün varlıqlara bu həqiqəti göstərmək üçün mövcuddur: Allah birdir və Ondan başqa Yaradıcı yoxdur. Bu həqiqət Quranda bizlərə belə bildirilir:

O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. Göyləri və yeri altı gündə yaradan, sonra ərşə ucalan Odur. Yerə girəni, ondan çıxanı, göydən enəni və ona çıxanı bilər. Harada olsanız, O sizinlə bərabərdir, Allah, etdiklərinizi görəndir. (Hədid surəsi, 3-4)