Möcüzəvi canlılar: Kif göbələkləri,maya göbələkləri və şibyələr
Möcüzəvi canlılar: Kif göbələkləri,maya göbələkləri və şibyələr
Hər biri bir yaradılış möcüzəsi olan canlıları, Allah, təmin etdikləri faydalarla birlikdə insanların xidmətinə təqdim etmişdir.
Göbələk növü: Kif göbələkləri
Kif göbələkləri bir nüvəyə malik tək hüceyrəli göbələklərdir. Bölünərək çoxalan bu canlılarda bölünən hər hissə yenə göbələyin öz içində inkişaf edir və qruplaşaraq koloniyaya çevrilir. Ümumiyyətlə kif göbələyinin hüceyrələri bakteriyalardan böyükdür və yumurta formasındadır. Heyvan hüceyrəsindəki orqanoidlərin çoxuna sahibdirlər.
Kif göbələkləri eynilə bakteriyalar kimi uyğun şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığına təhlükə yaradırlar. Bu orqanizmlərin bəziləri də qidalarda toksan adı verilə, insan və heyvanlarda zəhərlənmələrə gətirib çıxaran zəhərli maddələri istehsal edirlər. Hətta bu maddələrin bəziləri xərçəng xəstəliyinə səbəb olur. Kif göbələkləri bakteriyalarla müqayisədə daha az qida elementinə ehtiyac duyan və inkişaf edə bildikləri şəraitlər baxımından da daha pis şəraitlərdə inkişaf edə bilən mikroorqanizmlər olduqları üçün bir çox mühitdə çoxalma imkanları bakteriyalarla müqayisədə daha çoxdur.
Kif göbələkləri ətrafda tapdıqları üzvi qalıqlarla qidalandıqları kimi, canlı mikroorqanizmləri də qida olaraq istifadə edə bilirlər. Məsələn, ağ kif göbələyi olan Entomophtorales torpağın altındakı sularda yaşayan amöblərlə qidalanır. Ətrafında amöb gördüyü zaman buynuzları ilə onu tutaraq bütün hüceyrənin daxilini əmir, geriyə yalnız pərdəsini buraxır. Kif göbələkləri bu xüsusiyyətləri ilə ətyeyən xüsusiyyət də daşıyırlar.
Ancaq kif göbələkləri əlbəttə yalnız zərər verici orqanizmlər deyildir. Bu canlılar çox geniş sahələrdə istifadə edilir və qidaların istehsalından dərmanların istehsalına qədər çox istiqamətlərdə insanlara xidmət edirlər. Kif göbələkləri bəzi üzvi turşuların, immunitet yaradan dərmanlar da daxil olmaqla bəzi dərmanların və pensilin kimi müxtəlif antibiotiklərin istehsalında istifadə edilir. Kif göbələklərinin bu sahədəki faydaları böyük əhəmiyyət daşıyır. Tək hüceyrəli göbələklər olan kif göbələkləri sahib olduqları xüsusiyyətləriylə birlikdə əlbəttə ki, təsadüfən ortaya çıxmamışlar, Allah'ın yaratmasıyla var olmuşlar.
Qıcqırma vasitəsilə qida istehsal edən maya göbələkləri
Maya göbələkləri kürə, oval və silindr formasında olan tək hüceyrəli göbələklərdir. Ölçüsü 7-17 mikrondur. Başqa sözlə, bir qram mayada təxminən 15 milyon müstəqil hüceyrə var. Təxminən 600 maya növü var.
Yuxarıda şəkilləri görünən çörək mayası oksigensiz mühitdə fermentasiya edir. Bu fəaliyyətin nəticəsi isə bir-birindən ləzzətli qidalardır.
Maya göbələkləri şəkərlə qidalanır və oksigensiz mühitdə şəkərdən etil spirti və karbondioksid istehsal edirlər. Bu prosesə mayalanma deyilir. Onların bu qabiliyyətləri iqtisadi əhəmiyyətə malikdir. Bu canlılar müxtəlif qidaların istehsalında istifadə edilirlər. Çörəyin istehsalı üçün təməl ünsür olan maya, istehsal etdiyi karbondioksidi çörək xəmirinin içində şarcıqlar şəklində tutaraq çörəyin formasını və dadını almasını təmin edir. Eyni zamanda soya paxlasının qıcqırdılmasında də istifadə edilən maya göbələyi soya sousunun istehsalını təmin edir. Normal şəraitlərdə az kalorili qida olan soya sousu ilə qidalanan şəxslər çox kalori ala bilməsələrdə maya və soya paxlasının birlikdə təmin etdiyi lazımlı amin turşularına sahib olacaqlar. Başqa sözlə, Allah'ın insanların xidmətinə verdiyi maya göbələkləri bizə çox qidalandırıcı, eyni zamanda da faydalı qidalar təqdim etmək üçün fəaliyyətdədirlər.
Göbələk və yosunların ortaq həyat məhsulları: Şibyələr
Bəzi göbələklər yosunlarla ortaq yaşayırlar. Bu birləşmədən yaranan yeni canlı isə "şibyə" adlanır. Şibyəni meydana gətirən iki canlı da qarşılıqlı olaraq bir-birlərindən fayda əldə edirlər. Göbələk yosunun reallaşdırdığı fotosintez prosesi nəticəsində qida əldə edərkən, yosun da göbələyin özünə təmin etdiyi su və mineral sayəsində qurumaqdan qorunur və təhlükəsiz bir yerdə həyatını davam etdirir.
İki mikroorqanizmin birləşərək meydana gətirdiyi bu yeni canlı mineralları havadan və yağış sularından əldə edir. Canlı havanın toksik təsirinə qarşı güclü deyil, bu səbəbdən yalnız çirkli havanın olmadığı yerlərdə yaşaya bilir. Ancaq şibyənin yaşaması üçün temperatur mühüm deyil. Şibyələr tropik bölgələrdə yaşaya bildikləri kimi soyuq qütb bölgələrində də yaşaya bilirlər.
Ağac gövdələri, dağ təpələri və çılpaq qayalıqlar şibyələrin yaşadıqları yerlərdir. Bu canlılar qayalıqları zəbt edən son dərəcə əhəmiyyətli orqanizmlərdir. Şibyələr torpağın meydana gəlməsində olduqca əhəmiyyətli rol oynayırlar. Burada göbələklərə xas parçalanma xüsusiyyəti son dərəcə əhəmiyyətlidir. Şibyə göbələyin bu xüsusiyyətini istifadə edərək qayanın üzərini yavaş-yavaş parçalayır və qayanın külək və yağış ilə parçalara ayrılmasına səbəb olur. Şibyələrin bəziləri olduqca sərt qayaları belə parçalaya bilən gücə malikdir. Bu güc sayəsində hissələrə ayrılan qaya parçalanaraq torpağın meydana gəlməsinə şərait yaradır. Belə incə parçalanmanı təbiətdə reallaşdıra bilən başqa canlı yoxdur.
Bu canlıların hansı qərarla və hansı səbəblə bir yerə gələrək yeni canlı meydana gətirdikləri, niyə bir yerdə yaşamağı seçdikləri elm adamlarının cavab axtardığı suallardandır. Təkamülçülər yerüzündəki canlıların hamısının təkamül müddətinə görə inkişaf və dəyişmə keçirdiyini iddia edirlər. Bu iddia doğru olsaydı, göbələklər və yosunlar arasındakı ortaq həyatın da ehtiyac nəticəsində ortaya çıxmış olması lazım idi. Ancaq ortada belə bir ehtiyac yoxdur. İki canlı da bir-birlərinə məcburi şəkildə bağlı deyil. İki mikroorqanizmin bir yerə gəlmə qərarı ilə yaranan şibyələr qayaların parçalanması və torpağın meydana gəlməsi üçün xüsusi olaraq yaradılmış canlılardan başqa bir şey deyildirlər. Onlar da yer üzündəki bütün digər canlılar kimi, Allah'a könüldən boyun əymiş olaraq Onun özləri üçün təyin ediyi vəzifəni yerinə yetirirlər.
"Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonar onu bir daha təkrarlayan Odur.Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca isimlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik." (Rum surəsi, 27-28)