Möhtəşəm ovçu: hörümçək
Yer üzündə yüzlərlə növ hörümçək yaşayır. Bu kiçik heyvanlar bəzən yuvasının statik hesablamalarını apara bilən inşaat mühəndisi, bəzən gözəl dizayner, bəzən qeyri-adi güclü və elastik iplər, öldürücü zəhərlər, əridici turşular istehsal edən bir kimyagər, bəzən də çox hiyləgər taktikalarla ov edən bir ovçu olaraq qarşımıza çıxırlar. Təbiətdəki bütün canlılar kimi hörümçəklərin davranışlarını, məsələn, ovlama üsullarını, çoxalma formalarını, müdafiə etmə taktikalarını araşdırıb, bu mövzuda ətraflı məlumatlar əldə etdikcə heyrətamiz nümunələrlə qarşılaşırıq.
Bütün canlılar həyatlarını davam etdirə bilmək üçün ağıl tələb edən davranışlar nümayiş etdirirlər. İstedad, bacarıq, üstün manevr qabiliyyəti kimi müəyyən olunan bu davranışların ortaq xüsusiyyəti isə hər birinin mütləq surətdə ağıl tələb edən davranışlar olmalarıdır. Bir insanın ancaq öyrənmə, bacarıq və təcrübə kimi xüsusiyyətlərlə qazanacağı qabiliyyətlər bu canlılarda ilk doğulduqları andan etibarən mövcuddur. Bu xüsusiyyətlərin hamısını onlara verən, onları ağıllı davranacaqları, şüurlu hərəkət edəcəkləri şəkildə yaradan güc Allah'dır. Allah bütün təbiətdəki canlılarda saysız-hesabsız nümunəsini gördüyümüz ağılın tək sahibidir. Canlılara nələr etmələri lazım olduğunu ilham edən Allah'dır.
Hörümçəklərin ovlama üsulları
Bir çox insan hörümçəkləri yalnız ovlamaq üçün tor quran heyvanlar olaraq tanıyırlar. Bu əskik bir məlumatdır, çünki memarlıq və mühəndislik möcüzəsi olan bu tor hörümçəklərin ovlamaq üçün istifadə etdikləri tək üsul deyil. Hörümçəklər tor hörməklə yanaşı, ovlamaq üçün çox təəccübləndirici taktikalar da istifadə edirlər.
Kəmənd ataraq ovlayan hörümçək
Hörümçək növləri içində ən maraqlı ovlama üsullarından birinə "Bolas" hörümçəklərində rast gəlinir. Bolas hörümçəkləri ovunu kəməndlə tutur. Bolas hörümçəyinin ovlaması iki mərhələli olaraq reallaşır. İlk mərhələdə hörümçək ucunda yapışqan olan bir ip hazırlayıb pusquya durur. Bu yapışqan ip daha sonra bir kəmənd kimi istifadə ediləcək. Bu vaxt hörümçək ovunu özünə çəkmək üçün xüsusi kimyəvi maddə də yayır. Bu dişi güvələrin erkəklərini cütləşməyə çağırmaq üçün ifraz etdikləri "feromon" adlı maddədir. Saxta çağırışa aldanan erkək güvə qoxunun gəldiyi qaynağa doğru yönəlir. Hörümçəklərin görmə hissiyyatı çox zəifdir, ancaq güvənin uçarkən çıxardığı titrəşmələri qəbul edə bilirlər. Bu sayədə hörümçək ovunun özünə doğru yaxınlaşdığını hiss edir. Burada diqqəti cəlb edən cəhət Bolas hörümçəyinin, demək olar ki, kor olduğu halda, havada asılı dayanaraq öz istehsal etdiyi kəmənd vasitəsilə uçan canlını tuta bilməsidir.
Qoxuya aldanan qurbanın yaxınlaşması ilə birlikdə ovdakı ikinci mərhələ başlayır. Hörümçək ayağını geriyə çəkərək hücum mövqeyinə keçir və birdən insan gözünün qəbul edə bilməyəcəyi bir sürətlə kəməndini yelləyir. Güvə ipin ucundakı yapışqan topa toxunur. Hörümçək ovunu yuxarı çəkir və dərhal ovunu iflic edəcək şəkildə dişləyir. Daha sonra xüsusi bir ipəklə güvəni əhatəyə alır. Bu ipəyin xüsusiyyəti qidanı uzun müddət təzə tuta bilməsidir. Beləcə hörümçək ovunu daha sonra yemək üçün təzə qalmasını təmin edir. Bolas hörümçəyi necə olur ki, bu qədər ağıllı və şüurlu bir plan çərçivəsində hərəkət edir?
Həmin vəziyyət çox xüsusi bir yaradılışın olduğunu bizə sübut edir. Allah bütün canlıları, bitkiləri, heyvanları, böcəkləri yaradandır. Allah üstün qüdrət, elm, ağıl və hikmət sahibidir.
Allah Quranda belə buyurur: "Həqiqətən də heyvanlarda da sizin üçün bir ibrət vardır" (Muminun surəsi, 21)