Qalaktikanın ən rahat yeri
"…Günəşi və Ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır." (Nəhl surəsi, 12)
Südyolu Qalaktikası kainatdakı 250 milyard qalaktikadan yalnız biridir. 250 milyard qalaktika... Bir nəfəsə deyilən bu rəqəmi təsəvvürünüzə gətirin... Əgər hər saniyədə bir qalaktika adı saymalı olsanız, bütün qalaktikaları sayıb bitirməniz təxminən 10.000 il vaxt tələb edəcək. Bundan əlavə, 10.000 illik dövrdə yalnız bir saniyə ərzində sayacağınız qalaktikamızın içindəki ulduzların sayı təxminən 200 milyarddır. Günəş isə bu ulduzlardan yalnız biridir.
Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: standart böyüklükdə bir ulduz olması, dünyaya uyğun məsafədə yerləşməsi, yaydığı işığın xüsusiyyətləri, tərkibindəki element nisbətinin bizim üçün uyğun olması. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri Allah’ın rəhməti ilə bizim üçün nizamladığı səviyyədədir. Kainatın yaradıcısı Uca Allah bir Quran ayəsində belə bildirir:
" ...Günəşi və Ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır." (Nəhl surəsi, 12)
Yerin Günəş ətrafında fırlandığı kimi, qalaktikadakı bütün ulduzlar da qalaktika mərkəzinin ətrafında fırlanırlar. Bu mərkəz ətrafındakı təxminən 200 milyard ulduzun hər birinin orbiti fərqlidir. Günəş və onunla birlikdə biz də bu mərkəzin ətrafında fırlanırıq. Günəş bu mərkəz ətrafındakı bir tam dövrünü təxminən 230 milyon il ərzində bitirir.
Qorunan Günəş
Günəşin orbitini tədqiq edən astronomiya professoru Gilyermo Qonzalez onun qalaktikadakı təhlükəli bölgələrdən qorunduğunu müşahidə etmişdir. Qonzalez Günəşin orbitinin digər ulduzların orbitlərindən fərqləndiyini qeyd etmişdir. Günəş qalaktikanın ən çox qorunan bölgəsində yerləşir.
Qonzalez Günəş sisteminin "həyatın mövcud olduğu qalaktik bölgə" adlandırdığı bölgədə yerləşdiyini bildirir. O, əlavə edir:
"Planetimizdəki bütün canlılar, ən sadə bakteriyadan ən mürəkkəb canlılara qədər, varlıqlarını bu faktorların bənzərsiz tarazlığına borcludurlar".
Qonzalez iki təhlükəli bölgəyə diqqət çəkir: qalaktikamızın mərkəzinə və qalaktikamızın xaricində olan spiral qollara (Bir çox qalaktika spiral formasındadır. Bu qalaktikalardakı ulduzlar spiral formasında düzülürlər. Qollar isə qalaktikanın xaricində yerləşən qollarıdır).
Buna görə də, əgər qalaktikanın mərkəzinə yaxın olsaydıq:
Qalaktikanın mərkəzində Günəşin kütləsindən 3 milyon dəfə çox kütləyə sahib bir qara dəlik var. Bu qara dəlik möhtəşəm cazibə qüvvəsi ilə ətrafındakı bütün ulduzları udur. Alimlər bu böyüklükdə qara dəliyin Yeri udmasının yalnız bir saniyə olacağını deyirlər.
Qalaktikanın mərkəzində çox təhlükəli cazibə qüvvəsi ilə yanaşı, bizim üçün çox zərərli olan radiasiya da yayılır. Bu radiasiya nəhəng ulduzları meydana gətirən maddənin qara dəliyin kütləsinə qatılarkən, sıxışdırılıb həddindən artıq qızmasından qaynaqlanır (Harun Yəhya, Kainatın yaradılışı).
Əgər bu bölgəyə yaxın olsaydıq, yüksək radiasiyanın təsirindən yer üzündə həyat olmazdı. Qalaktikanın mərkəzindən yayılan zərərli qamma şüaları, X şüaları və kosmik şüalar nəticəsində bir canlı hüceyrə belə qalmazdı. Ancaq Günəş sistemi qalaktikanın mərkəzindən təxminən 28.000 işıq ili (266. 000. 000. 000. 000.000 km. – iki yüz altmış altı katrilyon kilometr) uzaqlıqdadır və zərərli təsirlərdən uzaqdadır.
Əgər qalaktikanın spiral qollarında olsaydıq:
Günəş qalaktikanın mərkəzindəki təhlükələrdən qorunduğu kimi, qalaktikanın xaricində yerləşən spiral qollardan da qorunur. Spiral qollar çox sayda ulduzun doğulduğu yerdir. Burada nəhəng ulduzlar var və ümumi kütlələri ilə qalaktikanın spiral qollarını cazibə sahəsinə çevirirlər. Bu qollar Günəş sistemindəki kometalara təsir edir və Yer üçün təhlükə yaradırlar.
Günəş sistemində trilyonlarla kometa var. Bunlar sistemin xaricində yerləşir və bütün sistemi bir kürə kimi əhatə edirlər. Bu kometalar Günəşin ətrafındakı orbitdədirlər, ancaq Günəşin xaricindəki bir kütlənin hərəkətə keçməsi ilə orbitdən çıxa bilərlər.
Əgər Günəş sistemi qalaktikanın spiralşəkilli qollarında olsaydı, bu qolların güclü cazibə qüvvəsi kometaları orbitlərindən çıxarar, Yer kürəsi də hər an kometaların borbardmanına məruz qalardı.
Ancaq Qonzalezin bildirdiyi kimi, Günəşin iki xüsusiyyəti bizi bu borbardmandan qoruyur. Birincisi, Günəşin sürətidir. Günəşin sürəti spiralşəkilli qolların sürətinə yaxındır. İkisi də qalaktika mərkəzində təxminən eyni sürətlə fırlanırlar.
Beləliklə, Günəşlə spiralşəkilli qolların orbitinin kəsişməsinin qarşısı alınır. Deməli, burada bizim yaşamağımız üçün xüsusi bir tarazlıq mövcuddur. Qonzalez ulduzların 95% -nin sürətinin spiralşəkilli qollara uyğun olmadığını qeyd edir. Günəşdəki bu sürət sayəsində spiralşəkilli qolların təhlükəli cazibə təsirlərindən qorunuruq.
Günəşin bizi spiralşəkilli qollardan qoruyan ikinci möcüzəvi xüsusiyyəti orbitinin formasıdır. Günəşin orbiti digər ulduzların orbiti kimi kimi ellips deyil, dairə formasındadır. Qonzalez bu mövzuda belə deyir:
"Əgər Günəşin qalaktika mərkəzi ətrafındakı orbiti daha az dairəvi olsaydı, Günəşin spiralşəkilli qolların içindən keçmə ehtimalı yüksək olardı".
Bunlar Günəşin mövqeyi və orbitinin xüsusi olaraq təyin olunduğunu göstərir. Allah bir ayədə "(Cürbəcür ulduz) yolları olan göyə and olsun" (Zariyat surəsi, 7), deyə buyurur.
Göründüyü kimi, müasir elmin Günəşin orbiti ilə bağlı kəşfləri Allah'ın 14 əsr əvvəl nazil etdiyi Quranda ifadə olunan ayələrdə işarə edildiyi kimidir. Bu elmi araşdırmalar Quranın Allah'ın sözü olduğunu bir daha sübut edir.
Hal-hazırda Südyolu Qalaktikasının yaşayış üçün ən uyğun bölgəsindəsiniz. Günəş sisteminin qalaktika xəritəsindəki yerini araşdıran alimlər bütün həyatı yox edəcək qədər dağıdıcı kosmik fırtınalardan uzaq və etibarlı yerdə olduğumuzu bildirirlər.
Günəşin qalaktikanın təhlükəli dəhlizlərinə daxil olmadan və xüsusi nizamlanmış dairəşəkilli bir orbitdə axıb getməsini Allah'ın müəyyən etmişdir:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allah’ın) əzəli hökmüdür. (Yasin surəsi, 38)