Köpək balıqlarına xas möcüzəvi sistemlər
Köpək balıqları istər tənəffüs sistemləri, istər yollarını tapmalarını təmin edən maqnetik reseptorları, istərsə də sürətli üzmə qabiliyyətləri ilə bir yaradılış möcüzəsidirlər. Allah bütün canlıları olduğu kimi köpək balıqlarını da qüsursuz şəkildə yaratmışdır.
Ağ köpək balıqları ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında bu canlılar üçün heç bir problem yoxdur. Ovlarını asanlıqla görürlər. Ancaq sərin okeanlarda ağ köpək balıqlarının soyuqdan görmə qabiliyyətləri zəifləyir.
Normal şəraitdə soyuq suyun təsiri ilə kimyəvi proseslər yavaşlayacağı üçün heyvanın gözləri sürətlə hərəkət edən ovunu izləmədə çox ağır qalmalıdır. Ancaq köpək balığı heç bir zaman belə bir problem yaşamır. Çünki ağ köpək balıqlarının gözləri özləri kimi soyuqqanlı deyil. Bu köpək balığı növündə bədən əzələlərinin istiliyi birbaşa olaraq gözlərə ötürülür. Bu sayədə ən sürətli hərəkət edən balıqları, hətta suitiləri belə rahatlıqla ovlaya bilirlər.
Bəs görmə duyğuları suyun içindəki hərəkətləri təqib edə bilməyəcək qədər zəif olan digər növ köpək balıqları ovlarını necə tuturlar?
Bu sualın cavabı köpək balıqlarının quruluşundakı mükəmməl yaratma sənətində gizlidir.
Elektrik cərəyanlarına həssas olan köpək balıqları
Bütün canlılar istilik xaricində elektrik də yayırlar. Quruda yaşayan bir canlının bu axınları hiss etməsi çətindir. Çünki hava bir izolyator funksiyası yerinə yetirir. Ancaq suyun içərisində vəziyyət fərqlidir. Elektrik təbii keçirici olan suyun içərisinə axır. Başqa sözlə, bu elektriki hiss edə bilən canlı çox təsirli bir duyğuya da sahib olmuş olur. Məhz köpək balıqları da bu üstünlüyə sahib olan canlılardandır. Belə ki, sudakı bütün titrəşmələri, suyun temperaturundakı dəyişmələri, duzluluq nisbətini və xüsusilə də hərəkət halındakı canlıların gətirib çıxardığı elektrik sahəsindəki kiçik dəyişiklikləri belə hiss edə bilirlər.
Köpək balıqlarının bədənlərində içi gellə dolu çoxlu novlar mövcuddur. Bu novlar daha çox köpək balığının başına yerləşdirilmiş olmasına baxmayaraq, balığın bütün bədəni boyu yayılmışdır. "Lorenzini ampulları" olaraq adlandırılan bu xüsusi orqanlar mükəmməl elektrik qəbuledicisidir. Köpək balıqları və neştər balıqları bu qəbuledicilərini istifadə edərək ovlarını asanlıqla tapırlar.
Bu orqanlar başın və heyvanın üzündəki iti hissənin üstündəki məsamələrə bağlıdırlar. Elektrik qəbuledicisi (elektroreseptor) olaraq çox həssasdırlar. Belə ki, köpək balıqları bir voltun 20 milyardda biri böyüklüyündəki axınları belə hiss edə bilirlər.
Bu böyük gücdür. Evinizdəki qələm batareyalarını düşünün. Məhz 1.5 voltluq bu batareyalardan iki dənəsini bir-birindən 1600 km uzağa qoyduqda və arasına bir mis tel çəkdikdə köpək balıqları bu batareyaların yaydığı axını hiss edəcəklər.
Bura qədər verilən bütün məlumatlar köpək balıqlarının heyrətamiz dərəcədə kompleks bədən sistemlərinə sahib olduqlarını göstərir. Köpək balıqlarındakı sistem və orqanların çoxu bir-birinə bağlı olaraq çalışırlar. Biri olmadan digəri funksiyalarını yerinə yetirə bilmir. Məsələn, elektrik cərəyanlarını qəbul edən sistemin parçalarından biri belə olmasa, ya da hər hansı bir problem olsa, Lorenzini ampulları heç bir fayda verməz.
Bu açıq-aşkar həqiqətə baxmayaraq, təkamül nəzəriyyəsinə görə ilk ortaya çıxan köpək balıqlarının, yəni "ibtidai köpək balıqlarının" elektrik reseptorlarının olmadığının, ancaq zaman içində bu mükəmməl sistemin meydana gəldiyinin qəbul edilməsi lazımdır. Ancaq belə bir qəbulun məntiqsizliyi çox açıqdır, çünki köpək balıqlarının bu sistem olmadan yaşaması mümkün deyil. Belə kompleks bir sistemin zamanla meydana gələ bilməyəcəyi də ortadadır. Bədən əzələlərinin istiliyini birbaşa olaraq gözlərə ötürəcək, elektrik dalğalarını böyük həssaslıqla fərq edəcək bu sistemlər bir bütün olaraq ortaya çıxmaq məcburiyyətindədirlər.
Təkamül xətası
Bu sistemin təkamülçülərin iddia etdikləri kimi "mərhələ-mərhələ" inkişafı mümkün deyil. Ara mərhələlərin heç biri hər hansı bir işə fayda verməyəcək. Belə ki, fosil qalıqları də bu həqiqəti təsdiqləyir. Milyonlarla il əvvələ aid köpək balığı fosilləri ilə hal-hazırda yaşayan köpək balıqları arasında heç bir fərq yoxdur.
Lorenzini lampaları köpək balıqlarının sahib olduqları xüsusiyyətlərdən yalnız biridir. Köpək balıqları istər tənəffüs sistemləri, istər yollarını tapmağa kömək edən maqnetik reseptorlar, istərsə də sürətli üzmə qabiliyyətləri ilə bir yaradılış möcüzəsidirlər. Allah bütün canlıları olduğu kimi köpək balıqlarını da qüsursuz şəkildə yaratmışdır.
Bu kimi məlumatlar Allah'ın yaratdığı gözəllikləri düşünmək üçün bir səbəbdir. Düşünən insanlar üçün isə heyvanlarda böyük ibrətlər var. Allah bu həqiqəti ayələrində belə bildirir:
"Allah göydən yağmur yağdırıb onunla ölmüş yeri diriltdi. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır. Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik." (Nəhl surəsi, 65-66)