Günəşi yox olmaqdan qoruyan möcüzə

Allah varNəhəng alov topu

Günəşdən ayrılmış böyük bir alov topu 60.000 dərəcə temperaturda ionlaşdırılmış qaz zərrəcikləri ilə doludur.

Nəhəng nüvə reaktoru olan Günəşin içindəki reaksiyalarda böyük enerji hasil olur. Əsas həyat qaynağı olan Günəşdə baş verən bu reaksiyalarda kiçik nizamsızlıq belə Günəşin sönməsinə, ya da bir neçə saniyədə partlayıb yox olmasına səbəb ola bilər. Belə bir təhlükənin meydana gəlməməsi Günəşdəki bu reaksiyaların möcüzəvi həssaslıqla hazırlanmasından qaynaqlanır.

Günəşi və Günəş sisteminin quruluşunu araşdıranda böyük bir tarazlıqla qarşılaşırıq. Planetləri dondurucu soyuqluqdakı kosmosa sovrulmaqdan Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı tarazlıq qoruyur. Günəş böyük cazibə qüvvəsi ilə bütün planetləri cəzb edir, planetlərin fırlanmasından qaynaqlanan mərkəzdənqaçma qüvvəsi sayəsində isə bu cazibənin təsiri azalır və möhtəşəm bir tarazlıq meydana gəlir. Əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsaydı, bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və nəticədə Günəş tərəfindən böyük partlayışla udulardılar. Amma bunların heç biri olmur və bütün planetlər öz orbitlərində hərəkət edirlər. Çünki Allah’ın ayədə bildirdiyi kimi:

"Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir" (Yasin surəsi, 40).

Günəşdəki möhtəşəm tarazlıq…

Günəş nəhəng nüvə reaktorudur. Günəşin içində daim hidrogen atomları heliuma çevrilir və bu reaksiyalar nəticəsində istilik və işıq ortaya çıxır. Günəşdəki bu nüvə reaksiyası insan həyatı üçün zəruridir. Dünyaya çatan istilik və işığın ortaya çıxması üçün isə dörd hidrogen birləşib bir heliuma çevrilməlidir. Nüvəsində yalnız bir proton olan hidrogen kainatdakı ən sadə elementdir. Heliumun nüvəsində isə iki proton və iki neytron vardır. Günəşdə baş verən reaksiya nəticəsində dörd hidrogen birləşərək bir helium elementini meydana gətirir. Bu reaksiya nəticəsində çox böyük bir enerji hasil olur. Dünyaya gələn istilik və işıq enerjisinin demək olar ki, hamısı Günəşin içindəki bu nüvə reaksiyası ilə meydana gəlir (Harun Yəhya, Kainatın yaradılışı).

Ancaq dörd hidrogen atomunun birləşərək, bir anda heliuma çevrilməsi mümkün deyil. Bunun üçün iki mərhələli reaksiya reallaşır. Əvvəl iki hidrogen birləşir, bir proton və bir neytrona sahib olan ara formul meydana gəlir. Həmin formul deytron adlanır. Sonra da iki deytronun birləşməsilə bir helium nüvəsi meydana gəlir.

Ən güclü nüvə qüvvəsi

İndi sual verək: Bəs iki ayrı atom nüvəsini bir-biri ilə birləşdirən qüvvə nədir? Bu qüvvəyə güclü nüvə qüvvəsi deyilir. Güclü nüvə qüvvəsi kainatdakı ən böyük nüvə qüvvəsidir. Bu qüvvə cazibə qüvvəsindən milyard dəfə, milyard dəfə, milyard dəfə, milyard qat daha güclüdür. Bu qüvvə sayəsində iki hidrogen nüvəsi bir-birinə yapışa bilir.

Ancaq tədqiqatlar göstərmişdir ki, güclü nüvə qüvvəsi bu reaksiya üçün tam lazım olan ölçüdədir. Güclü nüvə qüvvəsi əgər bu anda sahib olduğu dəyərindən bir az daha zəif olsaydı, iki hidrogen nüvəsi birləşə bilməzdi. Yan-yana gələn iki proton dərhal bir-birlərini itələyər və Günəşdəki nüvə reaksiyası başlamadan bitərdi. Yəni Günəş mövcud olmazdı. Məşhur alim Corc Qrinşteyn bu həqiqəti "əgər güclü nüvə qüvvəsi bir az daha zəif olsaydı, Yerin işığı heç vaxt yanmayacaqdı", deyə açıqlayır.

Günəşdəki müvazinətli reaksiya

Bəs görəsən güclü nüvə qüvvəsi bir az daha güclü olsaydı, nə olardı? O zaman da bir proton və bir neytrondan ibarət olan deytron deyil, iki protonlu de-proton meydana gələrdi. Bu vəziyyətdə Günəşin yanacağı birdən çox təsirli bir yanacağa çevrilərdi. Bu elə bir yanacaq olardı ki, Günəş və ona bənzər digər ulduzlar bir neçə saniyədə havaya uçardı. Günəşin havaya uçması isə bir neçə dəqiqə sonra bütün Dünyanı və bütün canlıları alovlara qərq edər, bir neçə saniyədə kömürə çevirərdi. Amma uca Yaradıcımız olan Allah’ın rəhməti sayəsində güclü nüvə qüvvəsinin gücü tam lazım olan səviyyədədir və Günəş müvazinətli bir reaksiya reallaşdırır, yəni "yavaş-yavaş" yanır.

Bunlar güclü nüvə qüvvəsinin insan həyatına tam uyğun şəkildə nizamlandığını göstərir. Əgər bu nizamlamada qüsur olsaydı, Günəş kimi ulduzlar ya heç mövcud olmazdılar, ya da meydana gəldikləri andan qısa müddət sonra qorxunc bir partlayışla yox olardılar. Allah Günəşi insanın həyatı üçün xüsusi şəkildə yaratmışdır və bunu Qurandakı "Günəş və Ay müəyyən bir ölçü ilədir" (Rəhman surəsi, 5) ifadəsilə bizə bildirmişdir.

Bütün kainatı yoxdan var edib, sonra da onu dilədiyi şəkildə hazırlayıb təşkil edən yegenə güc aləmlərin Rəbbi olan Allah’dır. Allah göyləri və yeri nümunəsiz yaratmış, sonra da ona müəyyən bir nizam vermişdir. Kainatdakı cisimlərin möcüzəvi tarazlıqlar sayəsində dayanmaları Allah’ın yaratmasındakı qüsursuzluğu göstərən dəlillərdən biridir.