Fiziki varlığın sərhədi: Kvarklar

Allah varHüceyrədəki atomların, atomların içindəki proton və onların içindəki kvarkların mexanizmlərindəki üstün yaradılış həm inanclı, həm də inancsız insanları heyrətə salacaq mükəmməliyə malikdir.

Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz kreslo, qısacası, ağırından yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Kitablarınızın, jurnallarınızın hər bir səhifəsi milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik zərrəciklərdir ki, onları ən güclü mikroskoplarla belə görmək mümkün deyil. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir.

İnsanın bu kiçikliyi gözündə canlandırması mümkün deyil. Ona görə də, bunu bir nümunə ilə izah edək:

Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz, bu açarın içindəki atomları görməyiniz mümkün deyil. “Atomları mütləq görmək istəyirəm” deyirsinizsə, əlinizdəki açarı dünyanın ölçüsü qədər böyütməlisiniz. Əlinizdəki açar dünya ölçüsündə böyüsə, açarın içindəki hər atom bir albalı böyüklüyündə olar, siz də onları görə bilərsiniz.

Yenə bu kiçikliyi qavramaq və hər yerin necə atomlarla dolu olduğunu görmək üçün bir nümunə verək: Bir duz dənəsinin bütün atomlarını saymaq istədiyimizi düşünək. Saniyədə bir milyard (1. 000. 000.000) dənə sayacaq qədər sürətli olduğumuzu da fərz edək. Bu kiçik duz dənəsinin içindəki atom sayını müəyyən etmək üçün beş ildən çox zamana ehtiyacımız olacaq.

Bəs bu qədər kiçik bir quruluşun içində nə var?

Bu dərəcə kiçik olmasına baxmayaraq, atomun içində kainatda gördüyümüz sistemlə müqayisə edilməyəcək qədər qüsursuz, bənzərsiz və kompleks bir sistem var.

Hər atom bir nüvə və nüvənin çox uzağındakı orbitlərdə hərəkət edən elektronlardan meydana gəlmişdir. Nüvənin içində isə proton və neytron adlı başqa hissəciklər var.

Kvarkların möhtəşəm dizaynı

20 il bundan əvvələ qədər atomları meydana gətirən ən kiçik zərrəciklərin protonlar və neytronlar olduğu zənn edilirdi. Ancaq yaxın tarixdə atomun içində bu zərrəcikləri meydana gətirən daha kiçik zərrəciklərin mövcud olduğu kəşf edildi.

Bu kəşfdən sonra atomun içindəki subatom zərrəcikləri və onların özlərinə xas hərəkətlərini araşdırmaq üçün "Zərrəcik fizikası" adlı fizika bölməsi yaranmışdır. Zərrəcik fizikasının apardığı tədqiqatlar bu həqiqəti ortaya çıxarmışdır: Atomu meydana gətirən proton və neytronlar kvark adlanan zərrəciklərdən meydana gəlirlər.

İnsan ağlının qavrama sərhədlərini keçən dərəcədə kiçik olan protonu meydana gətirən kvarkların ölçüsü isə daha heyrətamizdir: 10-18 metr (0,000000000000000001).

Protonun içində olan kvarklar heç vaxt bir-birlərindən çox uzaqlaşdırılmırlar, çünki nüvənin içindəki zərrəcikləri bir yerdə tutan güclü nüvə qüvvəsi burada da təsirini göstərir. Bu qüvvə kvarklar arasında rezin kəmər funksiyasını yerinə yetirir. Kvarkların arası genişləndikcə bu qüvvə böyüyür və iki kvark bir-birindən ən çox 1 metrin katrilyonda biri qədər uzaqlaşa bilər. Kvarklar arasındakı bu rezin əlaqələr güclü nüvə qüvvəsini daşıyan qluonlar sayəsində meydana gəlir. Kvarklarla qluonlar arasında güclü rabitə mövcuddur. Lakin alimlər bu rabitənin necə reallaşdığını hələ də kəşf edə bilməyiblər (Harun Yəhya, Atom möcüzəsi).

"Zərrəcik fizikası" sahəsində zərrəciklər dünyasını işıqlandırmaq üçün fasiləsiz araşdırmalar aparılır. Lakin insan sahib olduğu ağıl, şüur və məlumata baxmayaraq, özü ilə birlikdə hər şeyi meydana gətirən özü təzəlikcə kəşf edə bilmişdir. Bu özün içinə girdikcə, mövzu daha da detallanır, insan kvark adlandırdığı zərrəciyin 10-18 m. sərhəddində dayanır. Bəs bu sərhədin altında nə var?

Bu gün alimlər bu mövzu ilə bağlı müxtəlif fərziyyələr irəli sürürlər, amma yuxarıda da qeyd etdiyimiz kimi, bu sərhəd fiziki kainatın son nöqtəsidir. Bununla bağlı olan hər şey maddə ilə deyil, ancaq enerji ilə ifadə edilə bilər. Vacib olan məsələ isə insanın bütün texnoloji imkanlarına baxmayaraq, yeni kəşf etdiyi bir məkanda çox böyük tarazlıqların, fiziki qanunların saat kimi işləməsidir. Bu məkan kainatdakı bütün maddənin və insanın tikinti materialı olan atomun içidir.

İnsan isə öz bədənindəki orqanlarda, sistemlərdə hər saniyə işləyən bu qüsursuz mexanizmdən yeni-yeni xəbərdar olmağa başlamışdır. Bu sistemləri meydana gətirən hüceyrələrin mexanizmlərinin öyrənilməsi isə ancaq son bir neçə on ildə mümkün olmuşdur. Hüceyrədəki atomların, atomların içindəki proton və neytronların və onların içindəki kvarkların mexanizmlərindəki üstün yaradılış isə həm inanclı, həm də inancsız insanları heyrətə salacaq mükəmməllikdədir. Burada üzərində düşünülməsi lazım olan mövzu isə ondan ibarətdir ki, bu qüsursuz mexanizmlər insanın heç bir müdaxiləsi olmadan, tamamilə nəzarəti xaricində müntəzəm şəkildə işləyir. Ağıllı və vicdanlı olan hər bir insan bunları üstün güc və məlumat sahibi olan Allah’ın yaratdığını və nəzarətinin də yenə Allah’a aid olduğunu bilir. Ayələrdə belə buyurulur:

Göylərdə və yerdə olan nə varsa Ona məxsusdur. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalanlaya bilərsiniz? (Rəhman surəsi, 29-30)