Mycena Cyanophos göbələkləri
Mycena cyanophos gecənin qaranlığında işıq saçan göbələk növüdür. Bu göbələyin lövhəciklərində qaranlıqda fləşsiz fotoşəkil çəkmək üçün kifayət edən qüvvətli işıq yayılır. Bu canlının necə bu qədər güclü işıq yaydığı elm adamları üçün cavablandıracaqları bəzi suallar meydana gətirmişdir. Göbələyin işığı necə yaratdığını aşkarlamaq üçün tədqiqatlar aparan alimlər bəzi fermentlərin oksigenlə birləşmələri nəticəsində bu işığın meydana gəldiyini təxmin edirlər. Mycena cyanophos göbələklərində ferment yaradan və ardıcıl kimyəvi proseslər başladan sistem var. Elm adamlarının ancaq uzun müşahidələr apararaq necə işlədiyini aşkar edə bildikləri bu sistem sayəsində göbələklər işıq yaradır. Belə bir sistemin bu göbələk növündə təsadüfən ortaya çıxmış olması, əlbəttə ki, qeyri-mümkündür. Göbələkdəki bu işıq yaratma sistemi dizaynın varlığını göstərir. Bu, Allah'ın yaratma möcüzələrindən biridir. Allah hər şeyi qüsursuz yaradandır.
(Borneo, The World's Wild Places, Time Lifə Books, s. 32)