Anemon bitkiləri və balıqları

Allah varBir anemon bitkisi bütün həyatı boyu anemon balıqlarını təhlükələrdən qorumaq üçün kifayət edir. Bu ortaqlıq balığa arxasındakı ovçulardan qorunma imkanı yaradır. Buna qarşılıq olaraq da anemon bitkisi balığın ardında buraxdığı yemək parçalarından faydalanır. Bu canlıları bir-birinə uyğun yaradan Allah'dır.

Anemon bitkilərinin bığcıqları üzərindəki yandırıcı kapsulları onlara hər hansı bir şey toxunduğu və ya sürtündüyü anda dərhal açılır və təsiri çox güclü olan zəhər ifraz edir. Bu çox vaxt zəhərlənən canlının iflic olaraq ölməsinə səbəb olan güclü mayedir. Anemon bitkilərinin təsir etmədiyi canlılar da var. Məsələn, anemon balıqları anemon bitkilərinin yandırıcı kapsullarının arasında yaşaya bilən nadir canlılardandır. Anemon balıqlarının üzərindəki "şəffaf maddə" bitkidəki bu yandırıcı kapsulları dayandıra biləcək xüsusiyyətdədir. Bitkiyə yaxınlaşan balıq gövdəsini yavaş-yavaş anemonlara dəydirməyə başlayır. Üzərindəki şəffaf maddə sayəsində zəhərdən çox təsirlənməyən anemon balığının məqsədi yandırıcı kapsulların üzərində partlamasını təmin etməkdir. Anemon balığı bir neçə sınağın sonunda zəhərə qarşı immunitet qazanır və bitki çıxıntılarının arasına yerləşir. Yeni doğan və anemon bitkilərinə qarşı heç bir immuniteti olmayan balıqlar da digərlərinin keçdiyi mərhələlərdən keçir. Anemon balıqları bu sınaqları təsadüfən etməyə qərar vermiş olsaydı, nələr olardı? İlk dəfə, ya da daha sonrakı sınaqlarında balıq partladacağı kapsul sayını bilməyəcəyi üçün çox zəhər alıb ölərdi. Halbuki, belə olmamışdır. İlk ortaya çıxdıqlarından bəri, anemon bitkiləri və balıqları birlikdə qüsursuz uyğunluq içində yaşayır.

Çünki Allah yaratdıqlarını ən yaxşı biləndir, qoruyandır..

(International Wildlife, March/April 1997)