Palıd böcəyinin deşmə mexanizmi
Palıd böcəyinin maraqlı həyatı təkamül nəzəriyyəsini sarsıdan və Allah'ın canlıları qüsursuz dizaynlarla yaratdığını göstərən dəlillərdən biridir.
Bir taxtanı deşmək olduqca çətindir. İnsan üçün köməkçi alətsiz mümkün olmayan bu prosesi kiçik bir böcək bütün ömrü boyu heç bir çətinlik çəkmədən həyata keçirir. Gövdəsindən daha uzun bir borunu başında daşıyan palıd böcəyi palıd ağacının meyvəsindən asılı yaşayır. Böcəyin başındakı bu borunun ucunda da kiçik, lakin çox iti bir mişar dişi yerləşir.
Böcək normal vaxtlarda bu borunu yeriməsinə mane olmaması üçün bədəni ilə eyni istiqamətdə saxlayır. Bir palıdın üzərinə gəldikdə isə borunu ona doğru əyir. Bu halda sanki qazıma maşınına bənzəyir. Borusunun mişara bənzəyən ucunu palıda söykəyir. Başını sağa, sola çevirərək borunu hərəkət etdirir və palıdı deşməyə başlayır. Böcəyin başı bu iş üçün ideal dizayna malikdir və qeyri-adi dərəcədə sərbəst hərəkət edir.
Böcək bu şəkildə qazıma həyata keçirərkən bir tərəfdən də borusu vasitəsilə palıdın içindəki meyvəni yeyərək qidalanır. Ancaq meyvənin böyük hissəsinə toxunmur, bunu yeni doğulacaq balası üçün saxlayır. Deşmə prosesi tamamlandıqda, böcək açılan dəlikdən içəri bir dənə yumurta buraxır. Yumurta anasının palıd içində açdığı kanalın içinə yerləşdikdən sonra sürfəyə çevrilir. Sürfə palıdı yeməyə başlayır. Yedikcə böyüyür, böyüdükcə də daha çox yeyir. Sürfə nə qədər çox yeyirsə, palıd içində inkişaf etmək üçün özünə o qədər çox yer açmış olur.
Bu vəziyyət palıd asılı olduğu budaqdan düşənə qədər davam edir. Palıdın yerə düşərkən çıxan çırpılma səsi və sarsıntı sürfəyə artıq palıddan çıxma zamanının gəldiyini xəbər verir. Güclü dişləri sayəsində daha əvvəldən anasının açdığı deşiyi böyüdür və deşikdən çıxır. Sürfənin bundan sonrakı ilk işi özünü yerin 25-30 sm qədər altına basdırmaqdır. Burada "pupa" mərhələsini keçirəcək və 1-5 il boyu gözləyəcək. Tam yetkin olub torpaq üzərinə çıxdıqda isə bu dəfə o palıdları qazımağa başlayır. Pupa müddətindəki fərqlilik yeni zoğdakı palıdların yetkinləşməsindən asılı olaraq dəyişir.
Dizayndakı mükəmməllik
Palıd böcəyinin bu maraqlı həyatı təkamül nəzəriyyəsini sarsıdan və Allah'ın canlıları necə qüsursuz dizaynlarla yaratdığını göstərən dəlillərdən biridir. Diqqət yetirilsə, böcəyin hər cür mexanizmi müəyyən bir plan üzrə hazırlanmışdır.
Qazıma borusu, bu borunun ucundakı kəsici dişlər, borunun istifadə edilməsini təmin edən oynaq baş quruluşu, bütün bunlar təsadüflərlə, ya da "təbii seleksiya" ilə açıqlana bilməz. Sahib olduğu uzun boru qazıma işini qüsursuzca bacarmadığı müddətcə, heyvan üçün bir maneədən və zərərdən başqa bir şey olmayacaq. Buna görə "mərhələ-mərhələ" inkişaf etdiyi iddia edilə bilməz. (Harun Yəhya, Qarışqa Möcüzəsi)
Sürfənin palıd qabığını parçalayacaq güclü dişlərə sahib olması, palıddan çıxdığı anda torpağın dərinliklərinə girmək lazım olduğunu "bilməsi" və burada gözləmək üçün də "səbir etməsi" lazımdır. Əks halda canlı nəslini davam etdirə bilməyəcək və yox olacaq. Bütün bunlar təsadüflərlə açıqlana bilməz. Bütün bunlar bu kiçik canlının çox üstün ağılla yaradıldığını sübut edir.
Rəhman olan Allah bu kiçik canlını qüsursuz orqanlar və qüsursuz davranışlarla yaratmışdır. Çünki Rəbbimiz "Qüsursuzca yaradan"dır. (Bəqərə surəsi, 54)