Qüsursuz dizaynın məhsulu: Arum zambağı
Arum zambağı ovsunlayıcı gözəlliyə malikdir. Ancaq bu gözəllik böcəklər üçün hazırlanmış mükəmməl tələni də daxilində saxlayır. Tələnin məqsədi qidalanmaq deyil, nəslini davam etdirə bilməkdir.
Zanbaq çiçəyi spadiks adlanan çubuq formasında sünbülə malikdir. Sünbülün ətrafı spata olaraq adlandırılan ağ yarpaqla əhatələnmişdir. Bitkinin çiçəklənən hissəsi ağ yarpaq sünbülün aşağı tərəfində yerləşir.
Bura çöldən görünmür. Çiçəklənmənin reallaşdığı yer diqqətlə müşahidə olunsa dörd hissə ilə qarşılaşılır. Bu hissələri aşağıdan yuxarı olmaqla belə sıralaya bilərik:
1- Dişi çiçəklər,
2- Tikanlı qısır çiçəklər,
3- Erkək çiçəklər,
4- Tikanlar.
Tozlanaraq çoxalmağa hazır hala gələndə, bitkinin maddələr mübadiləsi sürətlənməyə başlayır və bitkinin vücudunda daha əvvəldən yaranmış xüsusi turşu (qlutanamin turşu) parçalanır. Bu parçalanma nəticəsində sünbülün xaricdə qalan hissəsi isinir və kəskin qoxulu ammonyak (NH3) qazı yayılmağa başlanır.
Bitkilərin böyük əksəriyyətində kimyəvi reaksiyalar nəticəsində ayrılan temperatur daxildə qalır. Bədən içərisində fərqli kimyəvi reaksiyalar üçün istifadə edilir. Bu mövzudakı istisnalardan biri arum zambağıdır.
Arum zambağındakı yuxarıda bəhsi keçən istiliyin ayrılması il ərzində ancaq bir gün və üstəlik yalnız gündüz işıqlıq olduğu saatlarda reallaşır. Sünbülün ucundan yayılan istilik və qaz bir çox böcək üçün cəzbedici xüsusiyyət daşıyır. Bu səbəbdən reaksiya nəticəsində bir-birinin ardınca fərqli növlərdə böcəklər çiçəyə doğru gəlir.
Sünbülün səthi yağlıdır. Buna görə sünbülə gələn böcəklər sürüşərək aşağı, sünbülün dibinə düşürlər. Burada dişi çiçəklərin üzərində ifraz olunan şəkərli maye ilə qarşılaşır və onunla qidalanırlar. Gecə erkək çiçəklər açılır və böcəklər sanki tozcuq yağışına tutulurlar. Səhər isə sünbülün üzərindəki tikanlar bükülərək böcəklərin çölə çıxmasını təmin edən nərdivan funksiyasını daşıyırlar. Nərdivandan dırmaşan böcəklər azadlıqlarına qovuşar-qovuşmaz dölləyici tozcuq yükləriylə birlikdə başqa zambağa gedirlər.
Arum zambağı fizika və ya kimya mühəndisi deyil. Sənaye məhsulları dizayneri də deyil. Amma yenə bu üç peşə qrupunun təcrübəsiylə meydana gətirilən mexanizmə malikdir. Bu mexanizmin hər nöqtəsi çox incə detallarla planlanmışdır. Mexanizmi meydana gətirən hissələrdəki əksiklik ya da sıralamadakı ən kiçik səhv arumun bir daha çoxala bilməməsi və nəslinin sona çatması ilə nəticələnəcək.
Arumun tələsi mərhələ-mərhələ müşahidə edilsə, bu tələnin nə qədər mükəmməl dizayn məhsulu olduğu daha yaxşı aydın olacaq:
1- Qlutanamin turşunun yaranması.
2- Bu turşunu parçalayan Dinitro Fenol adlı kimyəvi maddənin sintezi. Bu iki pillənin reallaşması üçün lazım olan sayda atomun uyğun sırada düzülməsi,
3- Qlutanamin turşu vasitəsilə bütün bitkilər istililiyi udarkən arumun istilik səviyyəsinin aşağı olması lazımdır.
4- İstiliyin aşağı düşməsini tənzimləyən sistemin mövcud olması. Bu mərhələdə vaxtın tənzim olunması çox vacibdir. Məsələn, tikanların nərdivan şəklini almasından sonra istiliyin aşağı düşməsinin heç bir mənası olmayacaq.
5- Böcəklərin döllənmənin reallaşacağı yerə gəlməsi üçün sünbülün üzərində sürüşkən xüsusiyyətdə mayenin ifraz olunması. Bu sekresiyadakı bir səhv mayedəki sürüşkənlik xüsusiyyətinin itirilməsinə, hətta yapışqan olmasına yol aça bilər ki, bu da zambağın sonu deməkdir.
6- Böcəkləri sünbülün dibinə çəkərək orada tutmağa yarayan şəkərli mayenin ifraz olunması.
7- Böcəklər bura gəldikdən sonra (daha əvvəl deyil) tozcuq yağışının başlaması.
8- Vaxt gəldikdə tikanların bükülərək nərdivan formasını alması və böcəklərin çıxışına icazə vermələri. Tikanlar bu formanı meydana gətirə bilməzlərsə, böcəklər dibdə qalacaqlar və tozcuqları digər zanbaqlara çatdıra bilməyəcəklər.
Arumun tələsini mühəndislərin, ya da elm adamlarının bir yerə gələrək hazırladığını iddia etmək şübhəsiz ağıla və məntiqə uyğun deyil. Bəs bütün bunların bir-birinin ardınca reallaşan təsadüflərlə meydana gəldiyini söyləmək necə? Şübhəsiz belə bir iddianın əsassız olacağı aydındır. Ağlı başında hər insan qəbul edir ki, bir yerdə işləyən mükəmməl nizam varsa, bu nizam mütləq biri tərəfindən əvvəldən hazırlanmış olmalıdır. Planlayan, hazırlayan və tətbiq edən olmadan nizam olmaz. Şübhəsiz arumdakı bu mükəmməl dizaynın sahibi də yerlə göy arasındakı bütün canlıları yaradan və bütün işləri idarə edən Allah'dır. Allah Quranda bizə bu üstün xüsusiyyətini belə bildirmişdir:
"O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik." (Loğman surəsi, 10)