Bataqlığın içindəki möhtəşəm təmizlik

Allah varLotus bitkisi (ağ su zambağı) palçıqlı və çirkli mühitlərdə yetişir, amma yarpaqları hər zaman təmizdir. Çünki bitki üzərinə ən kiçik toz zərrəsi qonduqda dərhal yarpaqlarını yelləyir və toz dənəciklərini müəyyən nöqtələrə doğru itələyir. Yarpağa düşən yağış damlaları da bu nöqtələrə doğru istiqamətləndirilir və beləcə buradakı tozları süpürmələri təmin edilir.

Lotus bitkisinin bu xüsusiyyəti bina səthlərinin dizaynı üçün tədqiqatçılara ilham vermişdir. Tədqiqatçılar lotusun yarpağı kimi yağış sularını istifadə edərək üzərindəki çirki təmizləyən bina səthləri üzərində işə başlamışlar. Bu işlər nəticəsində ISPO adlı alman şirkəti lotusan adlı səth örtmə vəsaitini istehsal etmişdir. Asiya və Avropada bazara təqdim edilən bu məhsul üçün 'təmizləyiciyə ehtiyac olmadan 5 il boyu özünü təmiz tutacağı zəmanəti' belə verilmişdir. Silikon əsaslı xarici səth boyası olan "Lotusan" adı verilən lotus bitkisi və bu bitkinin malik olduğu sistemi olduğu kimi təqlid edir. Bu sistemə görə səthdə 5-10 mikrometr (millimetrin mində biri) yüksəkliyində və bir-birindən 10-15 mikrometr məsafədə olan çox kiçik qabarıqlıq var. Nəticədə ortaya 0.1 mikrometr genişliyində, tellərdən ibarət olan kələ-kötür səth çıxır. Çöldən baxıldıqda düz görünən ancaq əslində bal mumuyla örtülü kələ-kötür səth su damlacıqlarının səthlə təmas etməsinin qarşısını alır və su damlacıqlarının öz ağırlıqlarıyla aşağıya doğru axmasını təmin edir.