Bitkilər heyrətləndirməyə davam edir!..
Bitkilərin bu günə qədər müəyyən edilən şüurlu taktikalarına yeniləri əlavə olundu. Bitkilər çox incə nizamlanmış taktikalar sayəsində düşmən böcəkləri aldada bilir, hətta onları istifadə edə bilirlər. Bunun üçün hünərli rəssam kimi naxışlar çəkir, bir kimyaçı kimi ətir və ya öldürücü hormonlar istehsal edə bilir. Bu davranışların kompleksliyi insanı heyrətə salır. Ancaq diqqət! Bu bitkilərin beyni belə yoxdur. Nəinki düşünmə qabiliyyətləri, təqlid etdikləri naxış və qoxuları qəbul edəcək orqanları belə yoxdur.
Bu möcüzəvi davranışlar bizlərə üstün ağıl sahibi Rəbbimizin hər şeyi idarəsi və nəzarəti altında saxladığını bir daha sübut edir.
Bitkilərlə bağlı aparılan tədqiqatların ilki naxış təqlidiylə bağlı idi. Müşahidə edilən bitkilərdə tırtıl, qarışqa və yarpaq biti görünüşündə naxışlara rast gəlindi. Bir toxum qabığı forma və üzərindəki naxışlarla tırtılı xatırladır. Bitkinin gövdəsi üzərindəki bəzi naxışlar isə başqa bir zərərli canlı olan bitlərə bənzəyir. Bütün bu naxışlar əslində düşmən böcəklərə verilən hiyləgər siqnal funksiyası yerinə yetirir. Bitki beləcə xəstə görünüşə bürünmüş olur və ətrafındakı böcəklərə 'böcək işğalı altındayam' təəssüratı verir. Bu bitkiylə qarşılaşan böcəklərin bitkiyə hücum etmə istəkləri bir anda qırılır. Qida mənbələrini başqa böcəklərlə paylaşmaq üstünlüyü olmayacağından başqa bitkilərə yönəlirlər.
Bu şüurlu müdafiə etmə sistemi maral kimi daha böyük heyvanlara qarşı da olduqca təsirlidir. Bitkidəki saxta böcəklərin maralı dişləyib narahat etmə ehtimalı qarşısında marallar bu görünüşdəki bitkiləri yemirlər.
Haifa-Oranim Universitetindən Simcha Lev-Yadun və Moshe Inbar adlı alimlər İsraildə yarım düjinə qədər aldadıcı bitki növü tapdıqlarını ifadə edirlər.
Lev-Yadun bu bitkilərin böcəkləri təqliddə insanları belə aldadacaq qədər mükəmməl olduqlarını söyləyir. Hətta şəkilləri görən yoldaşı bir elm adamı olmasına baxmayaraq, şəkildəkilərin böcək deyil, bitki olduğunu anlaya bilməmişdi. (Harun Yəhya, Bitkilərdəki Yaradılış Möcüzələri)
Xanthium trumarium növünə aid bir çobanyastığı özünə qarışqa ordusu tərəfindən işğal edilmiş görünüşü verir. Qarışqaların ordu halında hücumu bir çox heyvanı alt-üst edə bilir. Beləcə bitki böyük heyvanlara qarşı aldadıcı olan qarışqa faktorunu istifadə edir. Qarışqaların bu metodlarından faydalana bilmək üçün bəzi bitkilər qarışqaları özünə cəlb edən xüsusi nektarlar hazırlayır.
Yuxarıda: Xüsusi naxışlarıyla saxta tırtıla çevrilən toxum qabığı
Aşağıda: Həqiqi tırtıl Lev-Yadun "Böcəkləri təqlid edən daha minlərlə bitki növü olduğuna əminəm." deyir.
Bəs bu şüurlu davranışlar bu bitkilərdə necə ortaya çıxıb? Görəsən bitkilər bu taktikaları özləri kəşf etmiş və inkişaf etdirmiş ola bilərlərmi? Gözləri olmayan bitkilər böcəklərin naxışlarını təqlid etməyi haradan öyrəniblər?
Əlbəttə belə kompleks taktikalar, bu qədər şüurlu və təsirli sistemlər təsadüfən bitkinin öz iradəsiylə yaranmayıb. Həmçinin heç bir təsadüf belə kompleks və şüurlu sistemi meydana gətirməz. Bu davranışların bitkiyə üstün ağıl tərəfindən ilham edildiyi açıq-aşkar həqiqətdir. Bu şüurlu davranışlar bütün canlıların Rəbbi olan uca Allah'ın bitkilərə ilhamının nəticəsidir. Allah canlı-cansız hər şeyi hər an nəzarəti altında saxlayır və kainatdakı hər şeyin mülkü Allah'a aiddir.
Bitkilərin böcəklərə qarşı tətbiq etdiyi müdafiə etmə taktikasında göstərdiyi şüurlu davranışlardan biri də Rus Elmlər Akademiyasının internet səhifəsində nümayiş olundu. (https:// www.informnauka.ru/)
Rusiyadakı Sıktıvkar Biologiya İnstitutundan elm adamlarının apardığı tədqiqata görə, Silinə tataricə növünə aid çiçəklər düşməni daxildən məhv edən strategiya izləyir. Bu bitki növü özünə hücum edən tırtılların dəri dəyişməsinə nəzarət edən hormon hazırlayıb bunu düşmənə qarşı silah olaraq istifadə edir.
Ecdysteroids hormonu böcəklərdə dəri dəyişməsinə nəzarət edir. Tırtılın sağlam kəpənəyə çevrilməsi üçün əvvəl pup dövrünə keçməsi lazımdır. Bu keçiş dövrlərində tırtılın bədənində bu xüsusi hormon ifraz olunur. Müəyyən dozada hormonla hüceyrələrə ötürülən mesaj hüceyrələr tərəfindən 'oxunur'. Hüceyrələr də əmrə tabe olaraq silsilə şəklində kompleks biokimyəvi reaksiya reallaşdırır. Bütün bunların nəticəsində tırtıl metomorfozu tamamlayır və kəpənəyə çevrilir.
Selinə tataricə çiçəyi bahar dövründə çiçək açmazdan əvvəl hücuma uğrayacağını bilir. Düşmənin fiziologiyasını ən incə detalına qədər bilirmiş kimi, öz bədənində Ecdysteroids hormonu yaradır. Tırtılın sancmaları ilə hazırlanan hormon bombaları düşmənin bədəninə atılmış olur. İfrat dozada hormona məruz qalan tırtılın hüceyrələri birdən dəri dəyişdirmə əmri alır və bunu tətbiq edir. Tırtıl çox qısa müddətdə pup dövrünə keçir, sonra isə dərhal ölür.
"Göylərin, yerin və ikisi arasında olanların hamısının mülkü Allah'ındır. O, hər şeyə güc çatdırandır." (Maidə surəsi, 120)