Meyvələrin saysız-hesabsız faydaları
İnsan bədəninə saysız-hesabsız faydası olan meyvələrin qidalanmamızdakı əhəmiyyəti olduqca böyükdür.
Ehtiyacımız olan bir çox elementi meyvələrdən alırıq, meyvələr həmçinin həzm sisteminə də kömək edir. Meyvələr yalnız insanlar üçün deyil, yer üzündə yaşayan digər canlılar üçün də faydalıdır. Quşlar, sincablar kimi bir çox canlılar həyatlarını meyvələr sayəsində davam etdirir. Meyvələrin ağaclara da böyük faydaları var.
Bir çox bitki növü nəslini davam etdirə bilmək üçün meyvələri vasitəsilə çəyirdəklərini uzaq yerlərə daşıyırlar, bunun üçün də meyvələrlə qidalanan quşları və digər canlıları istifadə edirlər. Bu canlılar meyvələri ağaclardan qopardıqdan sonra uzaq məsafələrə daşıyır və bu şəkildə toxumlarını ətrafa yayırlar.
Həmçinin ağacdan torpağa düşən meyvələr də yerdəki bəzi heyvanlar və böcəklər üçün qida mənbəyidir. Bütün bunlarla yanaşı, meyvələr torpağı da zənginləşdirirlər. Yalnız meyvələrin lətli hisslərinin deyil, çəyirdəklərinin də bir çox canlı üçün faydaları olduğu müəyyən edilmişdir.
Bir-birindən fərqli dadlarda, fərqli rənglərdə və formalarda yaradılan meyvələr Allah'ın nemətlərindəndir. Bananın asan soyulan qabığı və çox ləzzətli dadı, portağalın xüsusi ətirli suyu, qarpızın isti havalarda sərinlədən və insanın xoşuna gələn dadı və digər meyvələrin hər biri Rəbbimizin xidmətimizə təqdim etdiyi nemətlərdəndir.
Allah Quranın bir çox ayəsində meyvələrin cənnət neməti olaraq insanlara təqdim edildiyini müjdələmişdir.
"Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Xeyirxah) əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz." (Zuxruf surəsi, 71-73)"
PORTAĞAL - Xərçəng xəstələyinin qarşısını alan portağal almadan sonra dünyanın ən çox istifadə olunan meyvəsidir. İlk çağların "qızıl alma"sı sayılan portağal daxili incə pərdələrlə örtülmüş kisəciklərlə dolu sulu meyvədir. Göbəkli portağal, çəyirdəkli və ya çəyirdəksiz sarı portağal, qreyprut portağal, turş olmayan portağal olmaqla dörd qrupa ayrılır. Sitrus bitkiləri ailəsinə aid olan və tərkibində xüsusi qoxulu yağ olan bu meyvənin ana vətəni Çindir. Daha sonra başda İspaniya olmaqla, bütün Aralıq dənizi ölkələrində, Cənubi Afrika və Amerika kimi isti bölgələrdə yetişdirilməyə başlanmışdır. Portağalın bir çox növü ölkəmizdə də yetişdirilir.
Portağal mühüm askorbin turşu qaynağıdır. Xüsusilə C vitamini cəhətdən olduqca zəngin olan portağal soyuqdəymə və qrip xəstəlikləri üçün çox faydalıdır. Portağalın tərkibində çoxlu sayda antioksidant da var.
Bu meyvənin qış aylarında insanların xidmətinə verilməsi isə uca Allah'ın insanlara olan lütfüdür. Çünki insanların immunitet sistemini gücləndirən vitaminlərlə zəngin olan portağal sulu meyvə olmasıyla da bu tip narahatlıqlarda su itkisinin qarşısını almaq üçün istifadə edilir.
ALMA - Gülçiçəklilər fəsiləsindən olan alma ağacı məhsuldar və dayanıqlı ağacdır. Mülayim iqlimlərdə yetişən almanın təxminən 25 növü var. Gündə bir-iki alma yeyərək, ürək və qan dövranı problemlərinə qarşı qorunmuş olarsınız. Alma xolesterolu yox edir və qəbizliyi aradan götürür. Zülal, vitamin və təbii kimyəvilər sayəsində həzmi asanlaşdırır və qan təzyiqini salır. Həmçinin qoxusunun rahatlaşdırıcı xüsusiyyəti var. Artrit, rematizm və podaqra xəstəliklərinə qarşı faydalı olan alma meyvələrin aspirini sayılır. Xoş qoxulu, rahatladıcı olmaqla bərabər, qida dəyəri də çox yüksəkdir.
QARPIZ - Qarpız yaz aylarında artan hava temperaturu ilə birlikdə bədənin ehtiyac duyduğu suyu və qlikozanı təmin edən meyvə növüdür. Ana vətəni Afrikanın tropik bölgələridir. Daha sonra ticarət gəmiləri ilə Aralıq dənizi ölkələrinə yayılmışdır.
Bu gün dünyada təxminən 500 növ qarpız yetişir. Bunlar qabığının, çəyirdəklərinin formasına, rənginə və ağırlığına görə müxtəliflik göstərirlər.
Qarpız bol miqdarda C vitamini və antioksidan xüsusiyyəti ilə müxtəlif xərçəng növlərinə qarşı təsirli olan Beta karotin tərkiblidir.
Tərkibindəki yüksək miqdarda kalium ürək funksiyalarının və qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Eyni zamanda faydalı lif qaynağı olduğundan bağırsaq hərəkətlərini tənzimləyir və bağırsaq xərçənginin qarşısını almaqda də mühüm rol oynayır.
Qarpız çəyirdəkləri də içində olan Cucurbocitrin adlı maddə ilə qan təzyiqini salmağa və böyrək funksiyalarının tənzimlənməsinə kömək edir.
Tərkibində yağ və xolesterol olmadığından və kalorisi də aşağı olduğundan yay aylarında edilən dietlərdə xüsusi yeri var.
Şirin və sulu soyuq qarpız yay aylarının ən ləzzətli sərinlədicisidir. Tərkibindəki bol su və vitaminlərlə sağlam qidalanmada əhəmiyyətli rol oynayır.
ÇİYƏLƏK
-
Çiyələyin təxminən 600 növü məlumdur və ölkəmizdə 6 növü yetişdirilir.
Qanı təmizləmə xüsusiyyəti olan çiyələklər iştah açır və dəri xəstəliklərində də təsirlidir. Eyni zamanda yarpaqları və kökləri də podaqra xəstəliyində tonik olaraq istifadə edilir.
Digər xüsusiyyətləri bunlardır:
Böyrək və mədə-bağırsaq xəstəliklərində yüksək təzyiq və xolesterolu salmada, boğaz ağrıları və diş ətlərinin gücləndirilməsində faydalıdır. Tərkibində A, B, C vitaminləri, kalium, dəmir kimi minerallar ilə zəngin olduğundan qida dəyəri də olduqca yüksəkdir.
Nəticə olaraq, həyatın təbii hissəsi kimi gördüyümüz bir çox şeydə Allah'ın üstün yaratmasına şahidlik edirik. Səmimi ağılla və vicdan istifadə edərək düşünə bilən şüurlu insanlar Allah'ın saysız-hesabsız nemətlərini və insanlara olan lütfünü dərk edə bilirlər. Bu da onların şükr etmələrinə səbəb olaraq Allah'a olan yaxınlıqlarını artırır. (Harun Yəhya, Allah'ın Rəng Sənəti)
Meyvələrdə olduğu kimi, Rəbbimizin bizim üçün yaratdığı nemətlər sayıla bilməyəcək qədər çoxdur. Allah'ın üzərimizdəki lütfü çox genişdir, bizim edəcəyimiz isə Rəbbimizə lazımi dərəcədə şükr etməkdir.
"Şübhəsiz, sənin Rəbbin insanlara qarşı böyük lütf (fəzl) sahibidir, ancaq insanların çoxu şükr etmirlər." (Nəml surəsi, 73)