Toxumdakı maneə tanımayan güc: Cücərmə
Toxumların çox əhəmiyyətli xüsusiyyəti var. Toxumlar aid olduqları bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, formalarının necə olacağına, qabığının nə rəngdə və hansı qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, şəkillərinə, rənglərinə dair bütün məlumatlara sahibdirlər.
Toxumlar bütün bu məlumatları milyonlarla ildir saxlayır və sonrakı nəsillərinə əksiksiz olaraq ötürürlər. Bu möcüzəvi hadisəyə yaxından şahid olmaq üçün evlərimizdə olan tərəvəzləri, meyvələri və çiçəkləri müşahidə etməyimiz kifayətdir.
Məsələn, toxumdan qarpızın yetişməsi üzərində düşünək. Qarpızın şəkəri, xoş qoxusu, rəngi və ləzzəti bu meyvənin toxumlarında məlumat olaraq mövcuddur. Həmçinin qarpızın qabığındakı naxışlar, qabığın qalınlığı, üzərindəki şamlı quruluş və qarpız ilə bağlı bütün məlumatlar qarpız toxumlarında şifrələnmişdir.
Torpağın yarılması
Başlı başına möcüzə olan toxumun yer üzünə çıxması cücərmə ilə başlayır. Cücərmə kiçik toxum dənəsinin torpağı yarması deməkdir. Toxumun üzərindəki ağır torpaq kütləsini yararaq zoğ verməsi insanın üzərindəki yüzlərlə kiloluq örtüyü heç çətinlik çəkmədən deşib keçməsinə bənzəyir. Bəs toxumun bu möcüzəvi xüsusiyyəti necə reallaşır? Kiçik toxum torpağı yaracaq qüvvəti haradan tapır?
Yetkinləşən toxum dərhal cücərmir. Toxumun cücərməsi üçün uyğun temperatur, rütubət və oksigen kimi bir çox faktorun bir yerdə olması lazımdır. Bu şəraitlərin hamisi olduqda yuxu halındakı toxum canlanmağa başlayır.
Toxumun cücərməsi üçün əvvəlcə suya ehtiyacı var. Çünki yetkin toxumlardakı maddələr mübadiləsinin aktivləşməsi, yəni böyümə prosesinin başlaya bilməsi üçün hüceyrədə sulu mühitin olması lazımdır. Bu ehtiyac toxumların islanması ilə ödənir. Toxumdakı maddələr mübadiləsinin hərəkətə keçməsi ilə birlikdə kök və zoğ da böyüyür və hüceyrə bölünməsi başlayır.
Bu mərhələdə isə mütləq oksigenə ehtiyac var. Toxum oksigenli tənəffüslə enerji və istilik istehsalına başlayır. Çünki yeni yaranan bitkinin böyüyə bilməsi üçün enerjiyə ehtiyac var. Lakin toxumun hələ kökləri yoxdur. Başqa sözlə, torpaqdakı mineralları alacaq vəziyyətdə deyil. Bəs bu vəziyyətdə toxum böyüməsi üçün lazım olan qidanı necə əldə edir?
Toxumun içindəki möcüzəvi qida anbarı
Hələ kök salmamış toxum torpaqdakı mineralları ala bilməz. Hər şeyi qüsursuzca yaradan Allah toxumun içinə kökləri inkişaf edənə qədər onu bəsləyən qida anbarı yerləşdirmişdir. Bu qida anbarı toxumun bütün ehtiyaclarını qarşılayır. Toxumlar bitki olaraq öz qidalarını təmin edənə qədər, bünyələrindəki bu ehtiyat qidaları istifadə edirlər.
Toxum cücərmədən əvvəl yuxu halındadır. Toxumun yuxu halında qalmasını təmin edən isə bəzi bitki hormonlarıdır. Toxum isladıldıqda, embrion hüceyrələrindəki fermentlər fəaliyyətə keçərək yeni hormon ifraz etməyə başlayırlar. Bu hormon yuxu vəziyyətinə son qoyur və böyümə fermentləri fəaliyyətə keçir. Toxumun içində şəkər istehsal olunur və beləcə toxumun cücərməsi üçün lazım olan enerji təmin edilir.
İnsanlar toxumu torpağa əkdikdə ümumiyyətlə bütün bu inkişaflardan heç xəbərdar olmurlar. Bir neçə gün sonra o toxumun cücərməsinə və yavaş-yavaş bitkiyə çevrilməsinə təbii olaraq baxırlar. Halbuki, toxumun cücərməsi üçün həssas proseslərin böyük uyğunluq içərisində reallaşması lazımdır. Ağırlığı "qram"larla ifadə edilə bilən toxum üzərindəki kilolarla ağırlıqdakı torpağı deşərək yuxarı çıxarkən heç çətinlik çəkmir. Toxumun tək məqsədi torpağın üstünə çıxıb işığa çatmaqdır. Cücərməyə başlayan bitkilər incə gövdələriylə sanki üzərlərində torpağın ağırlığı yoxmuş kimi rahatlıqla gün işığına doğru yönəlirlər. Toxumdan çıxan hər çıxıntı hara getməsi lazım olduğunu bilir. Zoğlar torpağın üstünə, günəşə doğru irəliləyərkən, köklər də torpağın dərinliklərinə doğru yol alaraq torpaqdakı mineralları toplamağa başlayırlar. (Harun Yəhya, Toxum Möcüzəsi)
Toxumdakı şüurlu hərəkəti sınamaq üçün bəzi təcrübələr aparılmışdır. Torpağın altındakı toxumun səthə çıxış yolu müxtəlif üsullarla bağlanılaraq, gün işığına çıxmasına mane olunmuşdur. Təcrübələr nəticəsində ortaya çıxan nəticələr isə çox heyrətləndirici olmuşdur. Toxum ya önünə çıxan hər maneəyə əngəl olaraq uzun zoğlar çıxarmaqla, ya da böyüdüyü yerdə təzyiq meydana gətirməklə gün işığına çıxmağı bacarmışdır. Toxumların cücərməsi sürətləndirilmiş olaraq izlənildikdə, zoğun dayanıqlılığı və günəşə doğru istiqamətlənərək hərəkət etdiyi daha yaxşı başa düşülür. Toxumdakı bu dayanıqlılıq və qeyri-adi qüvvə aləmləri yaradan, üstün güc sahibi Allah'ın əsəridir.
"Əkdiyinizi gördünüzmü? Onu siz bitirirsiniz, yoxsa Biz bitiririk? Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz," (Vaqiə surəsi, 63-65)