Bitkilərdəki şüurlu hərəkətlər

Bitkilər haqqında nə bilirsiniz deyə soruşsalar bir çox insan məktəb dövründə öyrəndiyi fotosintez prosesini xatırlayacaq. Halbuki, bitkilərin fotosintez prosesindən başqa insanların bilmədiyi daha bir çox möcüzəvi yönü var. Bu xüsusiyyətləri ilə qeyri-adi duyğulara sahib bitkilər insan kimi görmə, eşitmə, dad bilmə və toxunma duyğularından istifadə edirlər.

Bitkilərin quruluşunu araşdırdıqda diqqət çəkici sistemlərlə qarşılaşırıq. Bu sistemlərin ən vaciblərindən biri bitkilərin içindəki reaksiya mexanizmləridir. Çöldən baxarkən nə ağızı, nə gözü, nə də sinir sistemi olan bitkilər çox vaxt insanlardan belə həssas ola bilirlər. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

Görmə Duyğusu

Allah varBitkilərin bizim kimi gözləri yoxdur, amma bizim gördüyümüzdən daha çoxunu görürlər. Çünki onların işığa həssas birləşmələrdən meydana gəlmiş zülalları var. Bunun sayəsində bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa uzunluqlarını hiss edirlər. Hətta işığa qarşı həssaslıqları insan gözündən daha çoxdur.

Bitkilərin görmə qabiliyyətinə niyə ehtiyacları var?

Çünki bitkilərin böyümək və həyatda qalmaq üçün işığa ehtiyacları var. Bunun üçün də sanki gözləri var və işığı görürmüşlər kimi işıq yönündə zoğ verirlər, böyümələrini işıq yönündə davam etdirirlər. Hətta, gün boyu günəşi izləyən günəbaxanlar bu səbəbdən bir çox bölgədə "günəbaxan" adlandırılmışdır. Bitkilər onlara verilmiş görmə qabiliyyəti sayəsində işığın sıxlığı, keyfiyyəti, yönü və periodu kimi şərtləri müəyyən edirlər. Bitkinin gündəlik həyat nizamı özünü işığa görə quran "daxili saat"ın nəzarətindədir.

Bu mərhələdə nələr olduğunu belə yekunlaşdıra bilərik: Bitkidə işığı qəbul edən iki zülal ailəsi var. Bu iki ailədən biri beş fərqli növü olan "fitoxrom", digəri isə iki fərqli növüylə "kriptoxrom" adlı zülallardır. Bu zülallar həm də işığı qəbul edə bilən işıq reseptorlarıdırlar. Bu reseptorlar bitkinin içindəki saatı işığın hər an etdiyi dəyişikliklərə görə qurmalıdırlar.

Dadma duyğusu

Allah varBitkilər yalnız günəş işığıyla yaşaya bilməzlər. Torpaqdan bəzi qidaları da almaları lazımdır. Dad duyğusu torpaqdan mineral və qidaları alan bitki kökləri üçün çox əhəmiyyətlidir. Arabidopsis (tərə otu) adlı bitkidə aparılan tədqiqatda bir genin nitrat və ammonium duzlarının bol olduğu yerləri təsbit etdiyi ortaya çıxarılmışdır. Bu gen sayəsində köklər təsadüfi deyil, qida yönündə inkişaf edərək şüurlu hərəkət nümayiş etdirirlər. Nitratları müəyyən edən bu gen ANR1-dir.

Bu gendən başqa Teksas Universitetində aparılan başqa bir tədqiqatda "apiraz" adlı ferment də kəşf edilmişdir. Kök səthindəki bu ferment göbələk kimi torpağa qarışmış mikroorqanizmlərin çıxardığı ATP-i (adenozin trifosfat) dada bilir. ATP molekulu təbiətdə hər zaman hazır olan enerji ehtiyatıdır. Apiraz bitkinin bu molekulu alıb qidaya çevirməsini, daha sonra da əmməsini təmin edir. Bitkilərin zibilyığan kimi hüceyrə xaricindəki ATP-i yığıb istifadə edilən hala gətirməsi yeni kəşf edilmiş möcüzədir.

Toxunma duyğusu

Allah varDadma duyğusu kimi toxunma duyğusu da bitkilərdə çox sıx rast gəldiyimiz hisslərdəndir. Milçəkqapan kimi həşəratyeyən bitkilər üzərlərinə qonan böcəyi bir anda tuturlar. Mimoza isə ən yüngül toxunuş ilə incə yarpaqlarını aşağı doğru endirir. Göy noxud və paxla kimi dırmaşan bitkilər həssas toxunma duyğuları sayəsində zoğlarını möhkəm dəstəklərin ətrafına sarıyırlar. Son aparılan tədqiqatlar bütün bitkilərin toxunma duyğusuna malik olduqlarını ortaya çıxarmışdır.

Bitkilər ümumiyyətlə yarpaqlara böyük zərər verə biləcək küləyin şiddətinə qarşı da toxunma duyğusunu istifadə edirlər. Külək altında qalan bitkilər toxumalarını sərtləşdirərək reaksiya verir və beləcə şiddətli küləklərdə qırılmaqdan xilas olurlar. Tədqiqatçılar toxunma duyğusunun gücləndirilmiş toxuma istehsalına necə gətirib çıxardığına hələ də cavab tapa bilmirlər.

Bitkinin yaşaya bilmək üçün ehtiyacı olan bütün xüsusiyyətlərə çox kompleks sistemlər sayəsində sahib olması bitkinin yarpağının təsadüfən meydana gələ bilməyəcəyini görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri beyni, əli, gözü, şüuru və məlumatı olmayan gözlə görünə bilməyəcək qədər kiçik varlıqlardır. Bu varlıqların "küləyə qarşı bitkini necə qurtara bilərik?" deyə düşünüb üsul yaratmaları qeyri-mümkündür. Üstəlik bu bir-birinə keçmiş və domino daşlarının bir-birini yıxması kimi bir-birini aktiv hala gətirən parçalardan meydana gəlmiş sistemdir. Bu sistemi nə hüceyrələr öz ağıl və iradələriylə meydana gətirə bilərlər, nə də təsadüflər qüsursuz plan və dizayn yarada bilərlər. Bütün bunlar sonsuz elm və ağıl sahibi olan Allah'ın varlığının dəlillərindəndir.

Eşitmə duyğusu

Allah varBaşda North Carolina Wake Forest Universiteti olmaqla müxtəlif mərkəzlərdə aparılan tədqiqatlar nəticəsində bitkilərin müəyyən səs tezliyini və ya titrəşməsini qəbul edə bildikləri yönündə qənaətlər meydana gəlmişdir. Məsələn, Wake Forestdə aparılan bir təcrübədə normal cücərmə nisbəti 20% olan turp toxumlarının müəyyən bir tezlikdəki səsə uzun müddət məruz qaldıqda, cücərmə nisbətlərinin 80-90% artdığı müşahidə olunmuşdur. Tədqiqatçılar bitkinin boyunun uzanması və toxumun cücərməsində vasitəçilik edən "giberellik turşu" adlı bitki hormonunun "eşitmədən" də məsul olduğunu düşünürlər.

Bu mərhələdə unutmayacağımız bir məsələ var. Bitkilərin beyni və ya sinir sistemi yoxdur. İnsan bir obyektə toxunduqda, onu gördükdə və ya daddıqda sinir sistemində və beyində müəyyən mesajlaşmalar və əmrlər ardıcıllığı fəaliyyətə başlayır. Yaddaş, idrak kimi ünsürlərin də qatılmasıyla birlikdə şüurlu hərəkət üçün qərar alınır. Halbuki, bitkilərin sinir sistemləri, beyinləri, idrak və yaddaş gücləri yoxdur. Buna baxmayaraq, son dərəcə şüurlu davranışlara malikdirlər. Sanki görürlərmiş kimi müəyyən yönə tərəf çevrilir, toxunurlarmış kimi özlərinə ən uyğun zəmini tapa bilir və ya dad ala bilirlərmiş kimi torpaqdakı bir çox maddə içindən özlərinə yarayanları seçə bilirlər. Çöldən baxınca şüurlu edildiyi görünən bu hərəkətlərin ardındakı ağlın sahibi, əlbəttə ki, bitkilər deyil. Onları və hər şeyi üstün ağla sahib olan Allah yaratmışdır.

Göyləri və yeri örnəksiz olaraq Yaradandır… Məhz Rəbbiniz olan Allah budur. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısıdır, elə isə ONA qulluq edin. O, hər şeyin üstündə bir vəkildir." (Ən'am surəsi, 101-102)