Məlumat küpü toxumun səfəri: Paraşüt toxumlar
İnsana vertolyot mövzusunda ideya verən şey iynəcə böcəyi ilə yanaşı, bitkilər aləmindən olan mərkəzi ətrafında fırlanan qanadlardan ibarət toxumlar olmuşdur.
Qum otu (Scabiosa Stellata) pərdəli quruluşda olan uçan toxumlara nümunədir.
Toxumlar öz bitkilərinə aid olan bütün məlumata malikdirlər. Bitkidə çoxalma prosesinin başlamasının ardınca yaranan toxum uyğun şərtlər meydana gəldikdə yaşıllaşır.
Toxumları bir-birindən ayıran çox əhəmiyyətli xüsusiyyətləri var. Toxum aid olduğu bitkinin hər budağına, hər yarpağına, bu yarpaqların sayına, formalarının necə olacağına, qabığının nə rəngdə və qalınlıqda olacağına, qida və su daşıyan borularının genişliyinə, sayına, bitkinin uzunluğuna, meyvə verib verməyəcəyinə, verəcəksə bu meyvələrin dadlarına, qoxularına, şəkillərinə, rənglərinə dair (qısası, bir bitkiylə aid olan ) bütün məlumata sahibdir.
Bitkilərin toxumla çoxalan növlərinin hər birində bu məlumatlar var. Əlbəttə, bütün bu məlumatları toxumun içinə yerləşdirən hər şeyin yaradıcısı olan Allah'dır.
Bitkilər toxumlarını digər bitkilərə necə çatdırdıqlarını, toxum paylama prosesinin necə reallaşdığını bəlkə bu günə qədər heç düşünməmiş ola bilərsiniz. Halbuki, toxumlu bitkilər ilk var olduqları dövrdən etibarən heç bir köməyə, heç bir müdaxiləyə ehtiyac duymadan toxumlarını müxtəlif şəkillərdə paylama imkanına sahibdirlər. Paylama prosesinin mərhələlərini ümumiyyətlə belə yekunlaşdıra bilərik: Mayallanan çiçəklərdən toxumlar yaranır. Bunlar bəzi bitkilərdə yerə düşür, bəzilərində küləklə uçuşur, bəzilərində də heyvanlara ilişir və bu şəkildə ətrafa dağılır. Toxumların yayılmasında çox təfsilatlı sistem hazırlanmışdır. Bir toxumun formasına baxaraq necə səfər etdiyini, yəni necə paylandığını təxmin etmək mümkündür. (Harun Yəhya, Toxum Möcüzəsi)
Toxumların xüsusi dizaynları
Küləklə daşınan bitki toxumlarının hərəkət qabiliyyəti yalnız toxumun böyüklüyündən, yerə olan məsafəsindən, ya da küləkdən asılı deyil. Ən mühüm faktorlardan biri, şübhəsiz ki, toxumların malik olduqları xüsusi formalar və əlavə quruluşlardır. Paraşüt toxumlar küləklə daşınan toxum növlərindən biridir. İnsanların yüksəkdən tullanmaq üçün istifadə etdikləri paraşütlər xüsusi olaraq hazırlanmış formaya malikdir. Paraşütlər küləyi içlərinə almalarını təmin edən quruluşları ilə adama havada hərəkət etmə imkanı verirlər. Paraşüt toxumlarda da paraşütlərə bənzər forma var.
Paraşüt toxumlar yetkinləşdikdə dərhal ağacdan yerə düşmürlər. Onları daha uzağa aparacaq qüvvətli küləkləri gözləyirlər. Əgər belə olmasaydı ana bitkinin çox yaxınına düşəcəklərindən böyümə şansları daha az olardı.
Paraşüt toxumların sürəti toxumun böyüklüyündən və quruluşunun məsaməli olub olmamasından asılıdır. Toxumun malik olduğu paraşütə bənzər hissə nə qədər böyükdürsə sürəti o qədər yavaşdır. Həmçinin nə qədər az məsaməlidirsə havanın hərəkətlərinə o qədər həssas olur. Paraşüt toxumlar çox detallı hazırlanmış xüsusiyyətlərə malikdir. Toxumun sürətinin artması və daha asan hərəkət etməsi üçün lazım olan hər detal bu dizaynda mövcuddur.
Bu dizaynın təsadüfən meydana gələ bilməyəcəyini açıqlamaq üçün belə bir nümunə verək. İnsanların istifadə etdikləri paraşütləri düşünün. Şübhəsiz bunların xüsusi dizayna malik olduqları mövzusunda heç kimin tərəddüdü və ya etirazı yoxdur. Paraşütün öz-özünə ortaya çıxa bilməyəcəyini hər kəs bilir. Paraşütü ilk olaraq düşünüb hazırlayan bir adam var. Paraşütü hazırlamaq üçün istifadə ediləcək parçanın ipi istehsal edən, bu ipi toxuyaraq parça halına gətirən fabrik, sonra bu parçaları birləşdirən insanlar var. Paraşütün havada ikən açılmasını təmin edən mexanizm xüsusi olaraq hazırlanmışdır. Öz-özlüyündən bir parçanın paraşüt şəklini ala bilməyəcəyi və havada uça biləcək sistem qazana bilməyəcəyi aydındır.
Bəs o halda paraşüt kimi quruluşları olan, hətta paraşütdən daha kompleks mexanizmlərə malik olan toxumlar necə ortaya çıxmışlar? Məsaməli quruluşlarının az, ya da çox olması kimi detallar kim tərəfindən düşünülmüşdür?
Bu suallara "bunlar toxumlardakı məlumatlarda kodludur" deyərək cavab verənlər ola bilər. Bu vəziyyətdə həmin şəxslər ilk toxumun haradan çıxdığını, necə meydana gəldiyini, bu məlumatların toxumun içinə necə yerləşdiyini açıqlamalıdırlar. Bu ilk toxum öz-özünə, təsadüflərlə belə məlumata sahib ola bilməz. Toxumun quruluşunu meydana gətirən kor və şüursuz atomlar bir gün qərar verib "biz toxum adlanan cisim meydana gətirək, içinə nəhəng ağacların, bir-birindən maraqlı bitkilərin, rəngarəng çiçəklərin, çox ləzzətli meyvələrin məlumatlarını kodlaşdıraq, daha sonra bu toxumu yer üzünə yayıb bütün dünyada milyonlarla növ bitki meydana gətirək" demiş ola bilməzlər.
Belə bir iddiada olmaq, əlbəttə, ağıl və məntiq sahibi insanın edə biləcəyi bir şey deyil. Necə ki, paraşüt öz-özünə ortaya çıxa bilməzsə, paraşütə bənzər toxumların da özbaşına ortaya çıxa bilməyəcəkləri, bu qədər incə dizaynlara təsadüfən sahib ola bilməyəcəkləri açıqdır. Necə ki, təkamülçülər nə qədər çalışsalar da toxumların ortaya çıxmalarına təsadüflərlə izah edə bilməmişlər.
Toxumların quruluşunda təkamülçülərin təsadüf iddiaları ilə əsla açıqlana bilməyən, çox açıq dizayn və plan var. Əlbəttə ki, bu plan şüursuz təsadüflərin nəticəsində, ya da başqa hər hansı səbəbdən ortaya çıxmamışdır. Hər şəkilin bir rəssamı olduğu kimi hər dizaynın, hər planın da bir rəssamı var. Toxumları və burada bəhs etdiyimiz bütün dizaynları yaradan sonsuz elm sahibi olan Allah'dır.