Bitkilərdəki sərinləmə mexanizmi

Bitkilərdəki sərinləmə mexanizmləri olmasaydı, günəş altında bir neçə saat qalmaq belə bitkilər üçün ölümcül olardı. Su mühəndisliyi olaraq adlandıran bu bitki fəaliyyətləri Allah'ın yaratmasındakı qüsursuzluğu göstərir. Eyni yerdə olan bitki və daş parçası bərabər miqdarda günəş enerjisi almalarına baxmayaraq, eyni dərəcədə isinmirlər. Günəş altında qalan hər canlıda mütləq mənfi təsir meydana gəlir. Elə isə bitkilərin istidən minimum dərəcədə təsirlənmələrini təmin edən nədir? Bitkilər bunu necə bacarırlar? Yüksək temperaturda bütün yay boyu yarpaqları günəşin altında qovrulmasına baxmayaraq, bitkilərə niyə heç bir şey olmur? Həmçinin bitkilər öz vücudlarındakı istiləşmədən başqa xaricdən də istilik alaraq dünyadakı temperatur tarazlığını da təmin edirlər. Bu istilik udma prosesini yerinə yetirərkən özləri də bu istiyə məruz qalırlar. Bəs getdikcə artan bu istidən təsirlənmək əvəzinə, bitkilər necə ətrafın da istiliyini almağa davam edə bilirlər?

Quruluşlarına görə davamlı günəş altında olan bitkilər təbii olaraq digər canlılarla müqayisədə daha çox miqdarda suya ehtiyac duyurlar. Bitkilər eyni zamanda yarpaqlarında yaranan tərləmə vasitəsiylə də davamlı su itirirlər. Daha əvvəlki bölmələrdə bildirildiyi kimi bu su itkisinin qarşısını almaq üçün yarpaqların günəşə meyilli olan üst tərəfləri "kutikula" adlanan su keçirməz, qoruyucu cila ilə örtülüdür. Bunun sayəsində yarpaqların üst səthlərindəki su itkisinin qarşısını almaq olur.

Bəs alt tərəfləri? Bitki bu hissədən də su itirdiyi üçün qaz mübadiləsini təmin edən məsamələr ümumiyyətlə yarpağın alt tərəfində olurlar. Məsamələrin açılıb-bağlanması bitkinin karbondioksidi qəbul edib oksigeni xaric etməsini təmin etməlidir, lakin su itkisinə yol verməmək üçün tənzimlənməlidir
Allah var
Bitkilərdə temperatur paylama sistemi

Bunlarla yanaşı, bitkilər temperaturu fərqli şəkillərdə paylayırlar. Bitkilərdə iki mühüm temperatur paylama sistemi var. Bunlardan birincisi, yarpağın temperaturu əgər mühitin temperaturundan daha yüksəkdirsə, hava dövranının yarpaqdan xarici mühitə doğru olmasıdır. Temperatur daşınmasından qaynaqlanan hava dəyişməsi isti havanın soyuq havadan daha sıx olması səbəbindən havanın yüksəlməsinə əsaslanır. Buna görə yarpaqların səthində isinən hava yüksəlir və səthdən ayrılır.

Soyuq hava daha sıx olduğu üçün yarpağın səthinə doğru enir. Beləcə istilik azaldılmış və yarpaq sərinləmiş olur. Bu proses yarpağın səth temperaturu mühitdəki temperaturdan yüksək olduğu müddətdə davam edir. Çox quru şərtlərdə, yəni çöllərdə belə bu vəziyyət dəyişmir. Bitkilərdəki temperatur paylama sistemlərindən digəri də yarpaqlardan su buxarı verilərək tərləmənin təmin edilməsidir. Bu tərləmə sayəsində su buxarlanarkən bitkinin sərinləməsi də təmin edilmiş olur.

Bu paylama sistemləri bitkilərin yaşadıqları mühitin şərtlərinə uyğun şəkildə nizamlanmışdır. Hər bitki, nəyə ehtiyacı varsa, o sistemə malikdir. Çox kompleks quruluşu olan bu sistemin yayılması təsadüfən reallaşmış ola bilərmi? Bu sualın cavabını verə bilmək üçün çöl bitkilərinə nəzər salaq. Çöllərdəki bitkilərin yarpaqları ümumiyyətlə çox qalındır. Suyu buxarlandırmaqdan daha çox, mühafizə etmək üçün dizayn edilmişlər. Bu bitkilər üçün temperatur paylama prosesini buxarlanma ilə reallaşdırmaq ölümcül nəticə yaradacaq. Çünki çöl mühitində itirilən suyun kompensasiyası mümkün deyil. Göründüyü kimi, bu bitkilər temperaturlarını hər iki yolla da paylaya biləcək ikən, yalnız bu yollardan birini, üstəlik də yaşamaları üçün tək etibarlı olan yolu istifadə edirlər. Çünki dizaynları çöl mühitinə görə qurulmuşdur. Bunun təsadüflərlə açıqlanması isə mümkün deyil.

Bitkilərdəki sərinləmə mexanizmi

Bitkilərdəki sərinləmə mexanizmləri olmasaydı, günəş altındakı bir neçə saat belə bitkilər üçün ölümcül olardı. Günorta saatlarında sadəcə bir dəqiqə alınan günəş işığı bir kvadrat santimetrlik yarpaq səthinin temperaturunu 370-ə qədər yüksəldə bilər. Bitki hüceyrələrinin vücudundakı temperatur 50-600-ə çıxdıqda ölməyə başlayırlar. Yəni bitkinin ölməsi üçün günorta vaxtı 3 dəqiqə günəş işığı alması kifayətdir. Məhz bitkilər öldürücü istiliklərdən bu iki mexanizm sayəsində qoruna bilirlər. Bitkilərin temperatur paylamasında istifadə etdikləri buxarlanma prosesi eyni zamanda atmosferdəki su buxarı tarazlığı baxımından da böyük əhəmiyyət daşıyır. Çünki bitkilərdəki bu buxarlanma yüksək miqdardakı suyun nizamlı olaraq atmosferə çatdırılmasını təmin edir. Bitkilərin bu fəaliyyətləri su mühəndisliyi olaraq da xarakterizə edilə bilər. 1000 kvadrat metrlik meşə sahəsindəki ağaclar 7.5 ton suyu rahatlıqla havaya ötürə bilirlər. Bu xüsusiyyətləriylə bitkilər torpaqdakı suyu bədənlərindən keçirərək atmosferə çatdıran nəhəng su nasosları kimidirlər. Bu son dərəcə əhəmiyyətli vəzifədir. Əgər bu xüsusiyyətləri olmasaydı, suyun yer ilə göy arasındakı dövrü bugünki kimi reallaşa bilməyəcəkdi ki, bu da yer üzündəki tarazlıqların pozulmasına səbəb olacaqdı. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

Xarici səthləri qabıq və quru maddə ilə örtülü olmasına baxmayaraq, bitkilər vücudlarından tonlarla su keçirirlər. Bu suyu torpaqdan alırlar və üstün texnologiya ilə işlətdikləri fabriklərində istifadə etdikdən sonra aldıqları suyun böyük bir hissəsini təmizlənmiş şəkildə təbiətə qaytarırlar. Başqa bir ifadə ilə trilyonlarla tonluq suyu torpaqdan alıb, təmizlədikdən sonra özlərinə xas sistemləriylə təbiətə geri qaytarırlar. Bunu edərkən eyni zamanda aldıqları suyun bir qismini də qida istehsalında hidrogeni istifadə etmək məqsədiylə parçalayırlar.

Bizim yarpaqlardakı tərləmə və ya ağacların olduğu mühitdəki rütubət olaraq xarakterizə etdiyimiz hadisələr əslində yer üzündə həyatın davamlılığı baxımından böyük əhəmiyyət daşıyan fəaliyyətlərin nəticəsi olaraq reallaşır.

Bitkilərin bu möcüzəvi quruluşu o qədər mükəmməl yaradılıb ki, sistemin bir hissəsi çıxarılsa iflic olar və funksiyalarını həyata keçirə bilməz.Heç şübhəsiz ki, bu nizamı hazırlayan və əksiksiz şəkildə bitkilərə yerləşdirən Rəhman və Rəhim olan, hər cür yaratmağı bilən Allah'dır.

O Allah ki, Yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı ONU təsbeh etməkdədir. O, Əziz, Hakimdir. (Həşr surəsi, 24)